[go: up one dir, main page]

Ağacdələnlər (lat. Picidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinə aid heyvan fəsiləsi.

Ağacdələnlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsilə:
Ağacdələnlər
Beynəlxalq elmi adı

Azərbaycanda 7 növü vardır. Onlar meşə və bağlarda yaşayır. Yayda ağac onurğasızları, payız və qışda isə toxumlarla qidalanırlar. Dimdiyi uzun və çox bərkdir. Ağacdələnlər ağacların qabığının altındakı həşəratları yeməklə bitkini çürüməkdən qoruyurlar. Ona görə də ağacdələnləri "meşənin sanitarı" adlandırırlar. Koğuşlarda yuvalayırlar. Böyük, kiçik, yaşıl, qara və Suriya ağacdələnləri meşələrdə geniş yayılıblar.

Ağacdələn, Picinae (ağacdələnlər) alt familyasını təşkil edir. Ağacların qabıqlarını qağalayaraq, altlarında gizlənmiş tırtıl və böcəklərlə bəslənən, iti dimdikli xoş rəngli quş növüdür. Ayaqları dörd barmaqlıdır.

İkisi önə, ikisi arxaya yönəlmişdir. Kəskin və çəngəlli dırnaqlarıyla ağac gövdələrinə sıx yapışar. Dik və iti tüklərdən meydana gələn, qıvrılmayan güclü quyruğunu da istifadə edər. Qısa sıçramalarla və sürətlə ağac gövdələrinə dırmanarlar.

Uzun, sərt və qüvvətli qağalarını bir kəski (iskarpela) kimi istifadə edərək, ağac qabıqlarını didərlər. Qabıqların altında yaşayan tırtıl və böcəkləri tapıb, yeyərlər. Ağacdələnlərin dilinin uzunluğu soxulcana bənzər olub, sürətlə ucundan daha uzağa uzana bilər. Dilin dibi, irəli gedib gələ bilən qığırdaqlı bir hissəyə bağlıdır.

Bunun sayəsində dil rahatca irəli uzanıb, çəkilə bilər. Bəzi növlərinin dil ucunda incə, sərt tikanlar vardır. Ağacdələn dimdiyiylə ağac gövdəsinə müəyyən aralıqlarla vurur. Əks olunan səsləri qiymətləndirərək, qabığın hansı nöqtəsində tırtıl olduğunu kəşf edər. Ağacdələnlər qabıq altındakı böcəkləri görmədən yerlərini qəti olaraq təsbit edə bilmələri maraq mövzusudur.

Uyğunlaşma dövrələrində quru ağac budaqlarını qağalayaraq, çıxardıqları tik-taklarla qarşı cinslərinə çağırırlar. Dişiləri 2-3 ədəd ağ yumurta yumurtlayarlar. Yoldaşları 16-18 gün qədər sırayla kürtə yatar. Balaların baxımıyla daha çox kişi ağacdələn maraqlanır.

Ağaclara zərər verən tırtıl, böcək və qurtları yedikləri üçün çox faydalı olan bu heyvanlar yazda yaşıllaşan ağacların qabıqlarını odun qisimlərinə qədər çevrə şəklində didərlər. Bu da ağacların qurumasına səbəb olduğundan bağbanların tərəfindən qovalanarlar.

Bu quşların bir də qoz, badam kimi sərt qabıqlı və iri dənəli meyvələri ağacları, yemək kimi adətləri də vardır. Qütblər, Avstraliya, Madaqaskar və okeanda'ki bir neçə ada xaric, dünyanın hər yerində yaşayarlar.

Şəkillər

redaktə

İstinadlar

redaktə

Həmçinin bax

redaktə