[go: up one dir, main page]

Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu1349, Avaxıl, Şamaxı rayonu) — mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi.

Ömər Xəlvəti
Əbu Abdulla Siracddin Ömər Xəlvəti
Doğum yeri
Vəfat tarixi 1349
Vəfat yeri
Dəfn yeri

Həyatı

redaktə

Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.

Şamaxının Avaxıl kəndində Pir Ömər Sultan ziyarətgahı deyilən qədim bir qəbristanlıq var.[1]

Pir Ömərin xəlvətilik təriqətində sahib olduğu mövqe böyükdür. Xəlvətiliyin bir çox prinsipləri onun tərəfindən qoyulmuşdur. Bunlardan biri təriqətin ad atası olmasıdır. Bir digəri də təriqətin əlaməti saylan tacın (papaq, əmmamə) formasının onun tərəfindən müəyyənləşdirilməsidir.

Şeyxin xəlvət məsələsində göstərdiyi israr xəlvətilikdə xəlvətin ən mühüm cəhətlərindən biri, bəlkə də birincisi halına gəlməsinə səbəb olmuşdur. Beləliklə təriqətin adı da Xəlvətilik kimi müəyyənləşmişdir. Zahidiliyin digər qolu olan səfəvilik təriqəti daha sonralar xəlvəti tərk edərək cəlvəti üstün tutmuşdur. Yəni xəlvətiliyin əksinə olaraq, xalqla birlikdə olmağa üstünlük vermiş, cəlvətiliyə çevrilmişdir.

Onun hər hansı bir əsərinin olması barədə mənbələrdə məlumat verilmir. Ancaq mənqəbənamələrdə onun bəzi sözləri nəql edilmişdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olub". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.

Xarici keçidlər

redaktə