[go: up one dir, main page]

Məzmuna keç

Yatmaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dünyada yatmaq üçün çox, sohbət etmək üçün isə çox az qadın var. Ernest Heminquey
  • Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar. Bencamin Franklin
  • Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Rual Amundsen
  • Gözəl qızlarla yatmaq gözəl deyilmi? Ümid edirəm ki, qızın gözəl olar. Bob Dilan
  • Müəllim dedi: "Kobud qida yemək, bulaq suyu içmək, başını dirsəyinə söykəyib yatmaq — bunların hamısında bir sevinc vardır. Ədalətsiz əldə edilmiş var-dövlət və şöhrət isə mənim üçün üzən buludlardır!" Konfutsi
  • Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
  • Nəfəs almaq, içmək, yemək, yatmaq, işləmək, xəyal etmək — bütün bunlar ölmək deməkdir. Nəhayət, yaşamaq da ölmək deməkdir! Gi de Mopasson

İstinadlar

[redaktə]