[go: up one dir, main page]

Məzmuna keç

Tamah



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəla insana tamahından gələr. Qənaətdən heç kim ölmədi, hərisliklə də heç kəs padşah olmadı. Mövlana Cəlaləddin Rumi
  • Da­mı yax­şı dö­şən­mə­miş evə ya­ğış ne­cə da­mır­sa, yax­şı iş­lə­mə­yən ağı­la da ta­mah elə­cə da­mır. Dham­ma­pa­da
  • Hansısa tamah və ya şöhrətpərəstlik naminə deyilmiş həqiqi lütfkarlığı yaltaq lütfkarlıqdan seçmək üçün insanlarla müraciətdə müəyyən təcrübəyə malik olmaq lazımdır. Pyer Büast
  • Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. Onore de Balzak
  • Tamah bir qapıdan girəndə, xoşbəxtlik o biri qapıdan çıxır. Tai atalar sözləri
  • Tamah bütün bəlaların mənbəyidir. Latın atalar sözləri
  • Tamah səni qul etməsin. Allah səni azad yaradıb. Əli
  • Tamah olan başda ağıl olmaz. Əli
  • Tamah və nəfsinə qalib gəlməyi bacaran adam bədbəxtliyini də dəf etməyə qadirdir. Riçard Beyker
  • Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər. Əfzələddin Xaqani
  • Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmə adətini qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər. İmam Kazım
  • Tamahını azalt hörmətin artsın. Əfzələddin Xaqani

İstinadlar

[redaktə]