[go: up one dir, main page]

Məzmuna keç

Təvazökarlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
  • Ağıl, təvazökarlıq çərçivəsində daha gözəl görünən qiymətli daşdır. Maksim Qorki
  • Ağıllı qadın! Əgər istəyirsən ki, ərin boş vaxtlarını səninlə keçirsin, elə elə ki, o səndə gördüyü həzzi və rahatlğı, etibarı və təvazökarlığı heç yerdə tapa bilməsin. Pifaqor
  • Bədəninizin sizdən istədiyini edin: şöhrət, şərəf, sərvət əldə edin - və həyatınız cəhənnəm olacaq. İçinizdə yaşayan ruhun səndən istədiyini edin: təvazökarlıq, mərhəmət, sevgi axtarın, cənnətə ehtiyacınız olmayacaq. Cənnət sənin ruhunda olacaq. Lev Tolstoy
  • Əgər sən məşhursansa, təvazökarlıq ən məşhur üstünlüyündür. Volter
  • Ən cahillər ən təkəbbürlüdürlər. İnsan daha çox bilinəcək bir şeyin olduğunu bilmirsə, onun çıxardığı nəticə, əlbəttə ki, hər şeyi bildiyidir. Belə bir insan həmişə ümumbəşəri bilik taxtını qəsb edir və bütün mümkün məsələləri həll etmək hüququnu öz üzərinə götürür. Hamımız bilirik ki, təkəbbürlü bir axmaq bir filosoflar kollecini və ya bir hakimlər kollegiyasını çaşdıracaq qeyri-adi suallara qərar verəcəkdir. Cahil və dayaz düşüncəli kişilər çətinliyi görəcək qədər uzağı görmürlər. Ancaq insan bilsin ki, bilinməli olan şeylər var ki, o, onlardan xəbərsizdir və bu, onun ümumbəşəri bilik sahəsindən bu qədər həkk olunub. Fərdi xarakterin bütün məqsədləri üçün, eləcə də ictimai faydalılıq baxımından insanın öz cəhalətinin ölçüsünü bilməsi başqa bir şeyi bilmək qədər vacibdir. Bilmədiyimiz nə qədər olduğunu bilmək nailiyyətlərimizin ən dəyərli hissələrindən biridir; çünki belə bilik həm təvazökarlıq dərsi, həm də səy göstərməyə stimul olur. Horeys Mann
  • Əsl siyasi tarazlıq nəzəriyyəsi tamamilə mötədillik, qarşılıqlı təmkinlik, təvazökarlıq və münasibət ideyalarından ibarətdir; bu, şübhəsiz ki, savadlı ağlın kobud gücdən, kabinetin hərbçidən üstünlüyünə işarə edir. Fridrix Gentz
  • Əsl təvazökarlıq adamlara xeyirxah münasibətdən ibarətdir. Jan Jak Russo
  • Gözəllik silahdır! Təvazökarlıq zəriflikdir! Zinət isə elmdir! Koko Şanel
  • Hansı sərvətdir ki, insanlar onun qədrini bilmirlər? – Təvazökarlıq. Viktor Hüqo
  • Həddən çox təvazökarlıq gizli qürurdan başqa şey deyil. [1] Andre Mari Şenye
  • Həqiqətən təvazökarlıq sahibini daha da ucaldır. Odur ki, təvazökar olun ki, Allah sizi ucaltsın. Məhəmməd
  • Həqiqi təvazökarlıq – bütün fəzilətlərin mənbəyidir. Məhəmməd peyğəmbər
  • Qadınlar kişi təvazökarlığını ucaldır, amma təvazökar kişiləri sevmir. Tomas Fuller
  • Qürur insanları bir-birindən ayırır, təvazökarlıq onları birləşdirir. Jan Batist Anri Lakorder
  • Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[2] Mahatma Qandi
  • Obyektiv düşünmək bacarığı ağıldır; ağılın arxasındakı emosional münasibət təvazökarlıqdır. Obyektiv olmaq, ağıldan istifadə etmək o zaman mümkündür ki, insan təvazökarlıq rəftarına nail olsun, uşaqlıqda hər şeyi bilmək və hər şeyə qadirlik arzularından çıxıb. Narsissizmin nisbi yoxluğundan asılı olan sevgi təvazökarlıq, obyektivlik və ağılla inkişaf etməyi tələb edir. Mən bir insan şəklimlə onun narsistik şəkildə təhrif olunmuş davranışı ilə maraqlarımdan, ehtiyaclarımdan və qorxularımdan asılı olmayaraq mövcud olan insanın reallığı arasındakı fərqi görməyə çalışmalıyam. Erix Fromm
  • Öz peşəsini, tədris etdiyi fənni sevməyən müəllim, cisimsiz kölgə, yağışsız bulud, işıqsız çıraqdır. Elmini, tədris etdiyi fənni sevən, daim çalışan müəllim öz kökü üzərində bitən, öz şirəsi ilə bəslənən və buna görə daim artan, yaşıllaşan, çiçəklənən, bəhrə verən ağacdır. Yaxşı müəllim şagirdlərin şüurunu başqa çaylardan axıdılan sularla deyil, məktəblinin şüurunda gizlənmiş idrak bulağını açıb, onun suyu ilə sulayır. Müəllim əməkdə və geyimdə sadəliyin, fəaliyyətində gümrahlıq və əməksevərliyin, davranışda təvazökarlıq və gözəl əxlaqın, nitqdə danışmaq və susmaq sənətinin nümunəsi, ictimai həyatda ağıllılığın örnəyi olmalıdır. Yan Komenski
  • Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir. Çarli Çaplin
  • Paltar meydana gələndə təvazökarlıq öldü. Mark Tven
  • “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi
  • Təvazökar insan hər şeyi qazana bilər, məğrur insan isə hər şeyi itirə bilər, çünki təvazökarlıq həmişə alicənablıqla, qürur isə paxıllıqla görüşür. Antuan de Rivarol
  • Təvazökarlıq axmaqlığın ən ali formasıdır. Oskar Uayld
  • Təvazökarlıq bəzəkdir, lakin onsuz daha müvəffəqiyyətli olunar. Alman atalar sözləri
  • Təvazökarlıq həddini bir dəfə aşan bunu daima və utanmadan edəcək. Mark Tulli Siseron
  • Təvazökarlıq hər kəsi zinətləndirər. Çanakya
  • Təvazökarlıq insanın mənəvi cəhətdən təkmilləşdirilməsinə kömək edir. Abbasqulu ağa Bakıxanov
  • Təvazökarlıq, insanın nə qədər irəli gedə biləcəyini hiss etmək qabiliyyətidir. Jan Kokto
  • Təvazökarlıq kiməsə zərər verə bilməməkdir. Mariya fon Ebner-Eşenbax
  • Təvazökarlıq kimi şərəf yoxdur. Əli
  • Təvazökarlıq kişilərin qadınlara aid etdiyi bir xüsusiyyətdir. Paul Geraldi
  • Təvazökarlıq qadınların sevgilidə sevdiklərindən daha çox təriflədiyi keyfiyyətdir. Riçard Şeridan
  • Təvazökarlıq qürur deməkdir. Qürürlu olanlar təvazökardırlar. Nazim Hikmət
  • Təvazökarlıq qürurun pəhrizidir. Volter
  • Təvazökarlıq ləyaqət artırır. Fransua de Laroşfuko
  • Təvazökarlıq müdrikliyin yaraşığıdır. Yapon atalar sözləri
  • Təvazökarlıq olmadıqca yüksəlmənin faydası olmaz. Ömər ibn əl-Xəttab
  • Təvazökarlıq öz gerçək dəyərini anlamaqdır. Anatol Frans
  • Təvazökarlıq öz qabiliyyətini gizlətməkdə deyil, onu inkişaf və tətbiq etməkdədir. Jan Batist Anri Lakorder
  • Təvazökarlıq paltara bənzəyir: nə qədər çox geyilirsə, ona daha az qayğı göstərir. Apuley
  • Təvazökarlıq, səma övladları qarşısında ehtiram hissi - fani insanın qazana biləcəyi bütün mükafatlar arasında, mən deyirəm, ən müdrikidir; ən yaxşısıdır. Evripid
  • Təvazökarlıq şöhrətə əlavə edə biləcəyimiz yeganə əzəmətdir. Şarl Pino Düklo
  • Təvazökarlıq toxunulmazlıqdır. Mariya fon Ebner-Eşenbax
  • Təvazökarlıq, utanmazlıqla utancaqlıq arasında orta haldır. Aristotel
  • Təvazökarlıq ürəkdən dörd cür olur: biri insan özünü göylərin Allahı qarşısında heç hesab etdiyi zaman; o biri, başqa heç kəsə xor baxmadıqda; üçüncüsü, başqaları onu nəzərə almasa belə, narahat olmadıqda; dördüncüsü, özünü alçaltmaqdan çəkinmədiyi zaman. Hətta nitqin təvazökarlığı da dörd şeydə olur: mülayim nitqdə, nitqin sadəliyində, dodaqla deyilənlərin ürəyindəki fikrə uyğun olmasında və nəhayət, başqasının xüsusiyyətlərini pozmadan təriflənməsində. Əsərlərin təvazökarlığı da dörd cəhətdəndir: birincisi, başqalarının öz qarşısına qoyulması; ikincisi həmişə ən aşağı yeri seçməkdə, üçüncüsü yaxşı məsləhəti məmnuniyyətlə qəbul etməkdə; dördüncüsü, öz rəislərinin, yəni rütbəsi daha yüksək olanların qərarına həmişə sevinməkdir. Cefri Çoser
  • Təvazökarlıq yaşmağa bənzər: örtərək gözəlləşdirir. Cənab Şəhabəddin
  • Təvazökarlıq yolunu tutanın qarşısında bütün yollar açılar. Höte
  • Təvazökarlığa vaxt sərf etməyin. Təvazökarlıq –emosiyalarınızın sizin qərar vermə prosesinizin hakimi olmasına inamdır ki, o vaxt da bunun tamamilə əksi doğru olur. Culian Smit
  • Təvazökarlığı alçaltmaq dərəcəsinə çatdırmaqdan çəkinin. Abbasqulu ağa Bakıxanov
  • Təvazökarlığın bir şərti də budur:kim olursa-olsun, evdən çıxan zaman gördüyühər şəxsi özündən üstün bilməlidir. Həsən əl-Bəsri
  • Təvazökarlığın mənim çatışmazlıqlarımdan biri olduğunu etiraf edəcək qədər təvazökaram. Hektor Berlioz
  • Təvazökarlığın sərhədini bir dəfə aşan sona qədər abırsız olmalıdır. Mark Tulli Siseron
  • Uşaq ata-anasına təvazökarlıq və hörmətlə minnətdarlığını bildirir. II Yekaterina
  • Verilən suala “Müsbət cavab verə bilmərəm, ilk təəssürata görə mühakimə edə bilmərəm” kimi məhdud sözlərlə cavab verən insan yaxşı edir: əsl təvazökarlıq bu cür edir. Amma ilk dəqiqədən öz təəssüratını bildirən, nə öz etibarını itirməkdən, nə də dostunun həssas hisslərini təhqir etməkdən qorxmayan insan comərd insandır. Nikolay Qoqol
  • Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo
  • Yeməkdə və işdə təvazökarlıq yersizdir. Teluqu atalar sözləri
  • Zəfərə əlavə ediləcək yeganə bəzək təvazökarlıqdır. Şarl Pino Düklo
  • Zəiflikdən irəli gələn təvazökarlıq üstünlük deyil. Abay Kunanbayev
  • Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.455
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319