[go: up one dir, main page]

Məzmuna keç

Sədəqə

SədəqəAllah rızası üçün verilən mal, pul, elm kimi insanın möhtac olduğu hər şeyə sədəqə deyilir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar). Məhəmməd
  • Bir ana üçün, övladının qapısında dayanıb, ondan sədəqə istər kimi sevgi dilənməkdən daha qürur incidici bir şey ola bilməz. Fyodor Dostoyevski
  • Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir. Məhəmməd
  • Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. Mübariz İbrahimov
  • Ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. Məhəmməd
  • Əsl sədəqə savab düşünmədən başqalarına fayda vermək istəyidir. Helen Keller
  • Hər cür sədəqə, onu qəbul edəni dilənçi vəziyyətinə salır. Çarlz Dikkens
  • İndi gəlin görək ali yaxşılıq nədir, müdriklərə ali yaxşılıq kimi təklif olunan yaxşılıq nədir. Bütün insanlar ədalət üçün doğulur ; Bunu təkcə Müqəddəs Yazılar təsdiq etmir, hətta filosoflar da bəzən eyni şeyi deyirlər. Ədalətin özü iki vəzifəyə bağlıdır. Biri üçün ata kimi Allaha, digəri insana qardaş kimi borcludur […], yəni: Allaha din, insana sədəqə borcludur. Laktansius
  • İnsanın qulağı sırğa taxmaqla deyil, kitab dinləməklə izzətlənir, əllər bilərzik taxmaqla deyil, kasıblara sədəqə verməklə bəzənir. Bhartihari
  • Köpək üçün bir sümük sədəqə deyil. Sədəqə, it kimi ac olanda itlə paylaşılan sümükdür. Cek London
  • Qəlbinin yumşalmasını istəyirsənsə , daha tez-tez oruc tut, yumşalmazsa, namaz qıl, yumşalmazsa, sədəqə istə, yumşalmazsa, yetimlərə rəhm et. Əbülfəz Zun-nun Misri
  • Mənim peşəm azadlıqdı, mənim arzum heç kimdən nə sədəqə, nə də mərhəmət gözləməkdi. Jorj Sand
  • Molla sədəqə verməz. Ləzgi atalar sözləri
  • Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbirlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[1] İmam Səccad
  • Oruc sədəqədən üstündür, çünki oruc bədəninlə, sədəqə isə malınla yerinə yetər. Talmud
  • Rifah qismən ticarətdən, yarısı kənd təsərrüfatından, dörddə biri hökmdara xidmətdən asılıdır. Sədəqə toplamaqdan isə heç nə yaranmır. Çanakya/Hökmdar
  • Yalnız sədəqə verməklə kifayətlənməyin, mərhəmət edin. Jan Jak Russo

İstinadlar

[redaktə]
  1. Biharul-Ənvar, c.72, səh.336, hədis 24