[go: up one dir, main page]

Məzmuna keç

Rəqib



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et! Con Uilks
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə onabuna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
  • Əgər rəqib güclüdürsə, onda sənin fəaliyyətin onun düşüncəsinin sərhədlərindən kənara çıxmalıdr. Bernar Verber
  • Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[1] Cek Ma
  • Ən acı məğlubiyyət ləyaqətsiz rəqibdən aldığın məğlubiyyətdir. Esxil
  • Qadınlar kişilər üçün deyil, rəqibləri üçün makiyaj edərlər. Və bir qadının əsl gözəlliyi sevməyə başladığı zaman ortaya çıxar. Pol Oster
  • Mübahisədə qalib gəlmək istəyirsənsə,rəqibinin əleyhinə çıxma; Deyl Karnegi
  • Münaqişə yoxdursa, dram da yoxdur. Rəqib səhnədə və ya onun arxasında ola bilər, amma dramda o, mütləq iştirak edir. Corc Bernard Şou
  • Rəqib də, paxıl da başqasının malı üçün üzülür. Fərq yalnız ondadır ki, rəqib malı olmadığına görə, paxıl isə onun malından başqasında da olduğuna görə üzülür. Mark Tulli Siseron
  • Rəqib olmayanda qalib gəlmək çətin deyil. Lukian
  • Rəqib şahın kəlləsi üçün heç bir əvəz böyük deyil. Koblentz
  • Siyasət üçün yaradılmadım. Çünki rəqibin ölümünü istəməkdən ya da qəbul etməkdən acizəm. Alber Kamyu
  • Tələbə müəlliminə bir nümunə kimi deyil, bir rəqib kimi baxmalıdır ki, öz müəllimini ötüb keçə bilsin. Vissarion Belinski
  • Vаxtı diqqətlə izləyin. Dаnışıqlаr аnındа rəqibin vəziyyətini bаşа düşərək cəlbеdici аltеrnаtiv təkliflər vеrin, yоxsа о sizin bütün təkliflərinizi rədd еdəcək. Atilla
  • Yаlаn, dоğru üstündə məclisdə höcət еtməməli, хüsusilə böyüklər və səfеhlərlə; yаlvаr-yахаr təsir еtməyən adаmа yаlvаrmаmаlı, münаqişə və mübаhisədə rəqibin hаqlı оlduğunu gördükdə üstünlüyü оnа vеrməməli; Nəsirəddin Tusi

İstinadlar

[redaktə]
  1. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014  (azərb.)