[go: up one dir, main page]

Məzmuna keç

Məhkəmə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, iddiaların sakit təvazökarlığını həqiqi elm müşayiət edir. Amma, o yerdə ki, hər cür ziddiyyəti təkəbbürlü və məhkəmə üsulları ilə boğmağa çalışırlar, o yerdə həqiqi elm yoxdur. Dmitri Mendeleyev
  • Allahların məhkəməsi necə də mükəmməldir! Məgər hansısa bir dövlət, atanın, yaxud babanın törətdiyi cinayətə görə oğlu və nəvəni mühakimə edən qanun təsis edən qanunvericini qəbul edərdi? Mark Tulli Siseron
  • Ancaq atalarımızın ilkin adət və ənənələrinə hörmətimiz olmasaydı, yenə də həlli üçün tezliklə üzərimizə qoyulacaq praktiki suala cavab verməyə məcbur olardıq. Üsyanı silah gücü ilə yatırmaq zərurəti üsyan edən ştatlarda qanunun, asayişin və azadlığın bərpasından daha vacib deyildi. Quldarlığın ləğv olunması elanının cənubun sadiq qara adamlarına verdiyi azadlığı qorumaq və əbədiləşdirməkdən daha müqəddəs bir vəzifə ola bilməz. Əgər onlar hüquqlarından məhrum ediləcəklərsə, yaşamaq və işləmək şərtlərini müəyyən etməkdə səsləri yoxdursa, onların gələcəyə nə ümidləri var? Zəncilərə mülk sahibi olmağa, təhsildən yararlanmağa, müqavilələri yerinə yetirməyə, ədalət məhkəmələrinə müraciət etməyə, bir sözlə, azadlığa canlılıq və dəyər verən hüquqlardan hər hansı birini tətbiq edin. İki yüz min nəfərin mərdliklə vuruşduğu, minlərlə insanın qəhrəmancasına həlak olduğu döyüş meydanlarını xatırlayan bu zəncilər əsarət dövründəki kimi itaətkar və dinc şəkildə zülmə boyun əyəcəklərmi? Belə bir şəraitdə nə sülh, nə təhlükəsizlik, nə də firavanlıq ola bilərdi. Ceyms Qarfild
  • Atalar sözü ilə həqiqətə məhkəmə yoxdur. Rus atalar sözləri
  • Bilirəm ki, hardasa bizim hamımızı izləyən bir göz var. Və bir gün bizi günahlarımıza görə ittiham edəcək bir məhkəmə də. Leonard Koen
  • Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına. Benqal atalar sözləri
  • Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər... Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir. Mark Tven
  • Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə, Əgər şahidin yoxdursa, məhkəməni uda bilmərsən. Yunus Əmrə
  • Əgər qanun tətbiq etmək mümkündürsə, o zaman cinayətkar vətəndaşı, daha doğrusu, daxili düşməni məhkəmə ilə sındırmaq lazımdır. Əgər zorakılıq məhkəməyə mane olur, yaxud onu məhv edirsə, o zaman sırtıqlığa şücaətlə, quduzluğa cəsurluqla, kobudluğa ağılla, quldur dəstəsinə qoşunla, gücə güclə qalib gəlmək lazımdır. Mark Tulli Siseron
  • “Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.[1]İsa
  • İnsanlar özlərinə sekundant seçdikləri kimi, dövlətlər də arbitraj məhkəməsi yaratmalıdırlar. Alfred Nobel
  • Məhkəməyə gedən iki nəfərin ancaq biri razı qayıdar. Kürd atalar sözləri
  • Məmur məni qanun adına həbs etdi, mən onu azadlıq adına şillələdim. (Məhkəmə qarşısında, 1886) Klement Duval
  • Mənim fikrimcə, Rusiya üçün, məhdudiyyətsiz monarxiya daha faydalıdır. Məhdudiyyətsiz monarxiya nədir? – sizdən soruşuram. Bu, respublika ilə eyni şeydir. Sadəcə olaraq, sadə və aydın ifadə edilmiş həddə çatdırılmışdır. Bu, bir simada təcəssüm olunmuş respublikadır. Ona görə də dünyada heç bir hökumət bu qədər yaxşılıq etmək iqtidarında deyil... Belə deyirlər ki, aşkarlığın olmaması nəticəsində rüşvətxorluq çox kök salmışdır. Amma sizdən soruşuram: harada rüşvət yoxdur? Rüşvətxorluq bizdəki kimi harada asanlıqla aradan qaldırıla bilər? Ən azı bir şeyi düşünün ki, hər yerdə rüşvətxorlar üçün məhkəmə tələb olunur, bizdə isə zərərli adamın həmişəlik zərər vurmaq imkanından məhrum olması üçün yalnız rəhbərliyin daxili inamı kifayətdir. Saltıkov-Şedrin
  • Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər. O.Henri

İstinadlar

[redaktə]
  1. Matta 5:38-42