Lev Landau
Görünüş
Lev Landau | |||
Doğum tarixi | 9 yanvar 1908 | ||
Doğum yeri | Bakı | ||
Vəfat tarixi | 1 aprel 1968 | ||
Vəfat yeri | Moskva | ||
Dəfn yeri | Novodeviçye qəbiristanlığı | ||
|
Lev Davidoviç Landau - bakılı fizik, Nobel mükafatı laureatı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Arzular gələcək haqqında xatirələrdir. [1]
B
[redaktə]- Başlıcası, hər şeyi həvəslə edin, bu həyatı çox gözələşdirir.
- Bədbəxt, uğursuz, zərərçəkmiş və ümumiyyətlə qüssə-kədər mənə uyğun deyil. Mənim başqa planlarım var.
- Bir dəfə yaşayırıq, həyat hər kəsə bir dəfə verilir, bu isə çox azdır. Odur ki, həyatı daha parlaq, rəngarəng və maraqlı etmək üçün hər anın qiymətini bilməliyik.
- Bu dünyada ən ağır günah darıxmaqdır. Vaxtı darıxmağa sərf etməyin. Qiyamət günündə Allah sizi sorğuya çəkəcək və deyəcək: “Niyə həyatın sənə verdiyi imkanlardan faydalanmadın? Niyə darıxdın?”
Ç
[redaktə]- Çoxları bədbin düşüncələri özündən uzaqlaşdırır, hətta bu barədə düşünmürlər. Həyatın qarşına çıxardığı şərtlər arasında doğru seçim etmək bacarığı hər kəsə qismət olmur. Burada ən başlıcası hadisələri təhlil etmək vərdişini inkişaf etdirmək, xoşbəxt olmağa və həyatdan zövq almağa mane olan səbəbinin köklərini tapmaqdır. Bu xüsusiyyətləri mənimsəyən insanlar üçün yaşamaq və doğru qərarlar qəbul etmək daha asandır.
E
[redaktə]- Elmdə həqiqət həmişə özünə yol açır.[2]
- Evlilik kooperativ kimi bir şeydi, onun sevgiyə heç bir aidiyyəti yoxdu.
F
[redaktə]- Fikir o zaman fikir olur ki, o yazılır, qeyd olunur
H
[redaktə]- Hər bir işi ehtiras və şövqlə yerinə yetirin. Bu, həyatı dəhşətli dərəcədə gözəlləşdirir.
- Hər kəsin kifayət qədər gücü var ki, layiqli ömür yaşasın. Çətin dövrdə yaşadığınızla bağlı gətirdiyiniz bütün əsaslar hərəkətsizliyinizə, tənbəlliyinizə və digər müxtəlif ümidsizliyinizə haqq qazandırmaq üçün uydurulmuş hiyləgər bir üsuludur. Odur ki, işləmək lazımdır, bir də baxıb görəcəksən ki, hər şey dəyişib...
X
[redaktə]- Xoşbəxt görünmək özünü bədbəxt hiss etməkdən daha faydalıdır.
İ
[redaktə]- İngilis dilini bilmək lazımdı! Onu ən axmaq ingilis də pis bilmir.
- İnsan dühasının ən böyük nailiyyəti onun artıq təsəvvür edə bilmədiyi şeyləri dərk etməsindədir.
- İnsanın başlıca məqsədi xoşbəxtliyə çatmaqdır, o, xoşbəxtlik üçün səy göstərməli, bu yolda mübarizə aparmalı və heç bir halda imtina etməməlidir.
- İnsanlar inad edir və anlamaq istəmir ki, xoşbəxtlik qəlbimizdə gizlidir. Bəziləri çox sadə məsələləri ağırlaşdırmağı sevir, mən isə əksinə, hər zaman sadəliyin tərəfdarıyam. Çətin və əziyyət konsepsiyasını qarışdırmaq olmaz. Düşünməyi, təhlil etməyi, ən əsası öz düşüncələrini idarə etməyi öyrənmək lazımdır. Belə olan halda qorxularınız sizi boş yerə narahat etməyəcək.
Q
[redaktə]- Qadınların qarşısında baş əymək lazımdı. Xüsusilə də onların səbrinə görə. Əminəm ki, kişilər uşaq doğmalı olsaydı, bəşəriyyət tezliklə məhv olardı.
- Qəm-qüssəli adam itirilmiş şəxsdir. Bədbəxtlik insanı bir bataqlıq kimi özünə tərəf çəkir, lakin bəziləri vəziyyəti aydınlaşdırmaq yerinə ümidsizliyə düçar olur və oradan çıxmaq istəmir.
M
[redaktə]- Mənim qadınların qayğıları qədər işim olsaydı, heç vaxt fizik ola bilməzdim.
U
[redaktə]- Uğurlu ailə qurmaq gözü bağlı vəziyyətdə gürzə dolu torbadan su ilanı çıxarmaq kimi bir şeydi.
Y
[redaktə]- Yeni nəzəriyyə köhnə nəzəriyyənin tərəfdarlarının ölməsindən sonra işə düşə bilər.
Mənbə
[redaktə]- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.