[go: up one dir, main page]

Məzmuna keç

Dürüst



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıqdan qarnı quruldayandan dürüst siyasətçi olmaz. Albert Eynşteyn
  • Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
  • Dürüst bir qadının gözəlliyi atəşə bənzər: Yaxınlaşmayana heç bir zərəri toxunmaz. Miqel de Servantes
  • Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək. Özdəmir Asaf
  • Qadınları xoşbəxt etməyin 20 yolu deyə bir sıra lazımsız xəbərlər çıxır. Bir bənd açıqlayıram: Dürüst olun yetər. Turqut Uyar
  • Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil.... Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm. Abdulbari Gözəl
  • Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [1]Əhməd bəy Ağaoğlu
  • Uğursuzluq sadəcə yenidən başlamaq üçün şansdır, bu dəfə daha dərrakəli. Dürüst uduzmaqda rüsvayçılıq yoxdur; uduzmaqdan qorxmaqda rüsvayçılıq var. Henri Ford
  • Unutma ki, insanlar sənin istədiyin qədər həyatındadırlar. Görməməzlikdən gəldiyin qədər dürüst və onları istəmədiyin qədər axmaqdırlar. Paulo Koelyo

İstinadlar

[redaktə]
  1. "Bizim millətçilər" məqaləsindən