[go: up one dir, main page]

Məzmuna keç

Əfsanə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axı tarix nədir? Tarix nəticədə yalana çevrilən həqiqətdir; Əfsanələr, nəticədə tarixə çevrilən yalanlardır ... Jan Kokto
  • Əfsanələr əfsanə kimi, Dev Malay hekayələri isə Dev Malay hekayələri kimi oxunmalı və öyrədilməlidir. Həm də möcüzələrə şairlərin təxəyyülünün uçuşundan, mübaliğəsindən artıq əhəmiyyət verilməməlidir. Yalan hekayələri, mövhumatları həqiqət kimi təqdim etmək və öyrətmək üzücüdür. Günahsız bir uşaq ağlı bu mifləri, xurafatları, poetik təxəyyülün uçuşlarını reallıq kimi qəbul edir. Sonra çarəsiz ruhi sarsıntılar, çaşqınlıqlar və ya faciələrdən keçdikdən sonra bu xurafatların gerçəkliyi ona məlum olur. Fakt budur ki, insanlar mövhumatları həqiqət kimi müdafiə edirlər. Hər bir xurafat anlaşılmaz olduğundan, yəni hisslərlə təsdiq və ya təkzib oluna bildiyi üçün onu təkzib etmək asan deyil. Xurafatdan fərqli olaraq, həqiqət perspektivdir və dəyişdirilə bilər. Hipatia
  • Əfsanələr izahedilməzi izah etmək üçündür. Frans Kafka
  • Əfsanənin niyə tarixdən daha çox hörmətə layiq olduğunu anlamaq çətin deyil. Bütün kənd bir əfsanə yaradır - tənha dəli kitab yazır. Gilbert Çesterton
  • Əfsanəsiz xalq, əsatirsiz ölkə yoxdur: köçərilərdə onlar şifahi nağıl və hekayətlər şəklində nəsildən-nəslə ötürülür; yarımmədənilər üçün bu əfsanə və əsatirlər onların inamının əsası, onların yazılarının, ədəbiyyat və tarixlərinin əsas məzmunudur; mədəni xalqlarüçün isə onlar təxəyyülü qidalandırmaq üçün ən gözəl qida, mənəvi sərvətdir. Mirzə Kazım bəy
  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
  • İnsanın həyatında doğru olan onun əməlləri deyil, onu əhatə edən əfsanələrdir. Oskar Uayld
  • Memarlıq da həyatın bir xronikasıdır. O, mahnılar, əfsanələr susanda danışır. Nikolay Qoqol
  • Mən ulduz olmayacağam, mən əfsanə olacağam. Freddi Merkyuri
  • Mənim üçün "Allah" sözü yalnız insan zəifliyinin təzahürü və məhsuludur, İncil isə hörmətli, lakin yenə də uşaqlıqdan bəhs edən ibtidai əfsanələr toplusudur. Heç bir, hətta ən mürəkkəb şərh belə mənim fikrimi dəyişə bilməz. Albert Eynşteyn
  • Şahidlər susanda, əfsanələr yaranır. İlya Erenburq
  • Şair mülahizələr yox, əfsanə yaratmalıdır. Platon

İstinadlar

[redaktə]