[go: up one dir, main page]

Məzmuna keç

Müalicə

Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (D) tərəfindən edilmiş 02:51, 28 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir. Nikkolo Makiavelli
  • Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıqlar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə! Oşo
  • Bədənlər qocalsa belə bütün xəstəliklər qətiliklə qarşısı alına bilər ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadılan bilər. Bencamin Franklin
  • Bir həkim bütün xəstələri eyni dərmanla müalicə edərsə, əksəriyyəti öləcək. Əbu Hamid əl-Qəzali
  • Biz xəstəlikdən müalicə olunarkən xəstəliyi daşıdığımız vaxtdan daha çox əzab çəkmiş oluruq. Jan Jak Russo
  • Bizi sevindirən iş kədəri müalicə edir. Uilyam Şekspir
  • Bizim qida maddələrimiz müalicəvi, dərman vasitələrimiz isə qida maddəsi olmalıdır. Hippokrat
  • Böyük ehtiraslar ümidsiz bir xəstəlikdir. Onları müalicə edə biləcək olan şey, onları həqiqətən təhlükəli hala da soxa bilər. Yohann Volfqanq Göte
  • Dünya – sağalmaz xəstələrin müalicə aldığı yerdir. Artur Şopenhauer
  • Düşüncə tarixində yəqin ki, indiki dövrə tamamilə bənzəyən bir dövr olmamışdır. Hər yerdə mütəfəkkirlər iki şeyin şüurundadırlar, birincisi, sirr bölgəsi indiyə qədər heç vaxt bu qədər aydın şəkildə müəyyən edilməmişdir, ikincisi, bu bölgəyə indiyə qədər olduğundan daha asan daxil olmaq olar; buna görə də, bütün məktəblərin müstəntiqləri öz axtarışlarını qətiyyətlə davam etdirsələr, bəlkə də bəzi sirləri açmağa müvəffəq ola bilərlər. Həyatın və varlığın məlum faktlarını öyrənərkən qarşılaşdığımız problemlər, indiyə qədər olduğundan daha aydın tərifə həssasdır və suallarımızın cavabını bilməsək də, hələ də öz problemlərimizin həlli yollarını kəşf etməmişik. Problemlər, baxmayaraq ki, heç bir panacea (bütün çətinliklərin və ya xəstəliklərin müalicəsi və həlli) bizim əlimizdə hazır olmasa da, dünyanın xəstəliklərini müalicə edə bilərik, lakin onları müəyyən edə bildiyimiz həqiqət, sirrin hansı istiqamətə yönəldiyini göstərə biləcəyimizi və elmin, dinlərin və fəlsəfənin işığının əvvəllər qaranlıqlar diyarı hesab edilən geniş ərazilərə yayılması gələcəkdə uğurun təminatıdır. Müdriklərin və mistiklərin bir neçə dairəsi istisna olmaqla, biz beş yüz il əvvəlki vəziyyətdən daha çox şey bilirik; nə qədər təbiət qanunlarını kəşf etmişik, baxmayaraq ki, "şeylər olduğu kimi" (və mən bu sözləri çox qəsdən seçirəm) olması barədə biliklər sahəsində böyük irəliləyişlər əldə olundu, hələ də onları tətbiq edə bilmirik. Alisa Beyli
  • Əgər apardığımız tədqiqatlar nəticəsində dinin insana məxsus nevroz növü olduğunu tapa və fərdi xəstələrdə olduğu kimi nevrotik vəsvəsələrin də böyük qüvvəsini izah edə bilsək, məhz o zaman tarixin ən möhtəşəm güclərindən biri olan dinin insanlara qarşı yaratdığı qəzəbi müasir dövrümüzdə müalicə edə bilərik.[1] Ziqmund Freyd
  • Fiziki əmək xəstəlikləri müalicə edir, şərə qalib gəlir, insanda əxlaqi intibah əmələ gətirir. Həsən bəy Zərdabi
  • Hadisələrin baş vermə tərzinə məhəl qoymayan bir dövlət xadimi, müalicə etmək niyyətində olduğu xəstəliklərin səbəblərini bilməyən bir həkim kimidir. Polibi
  • Heç bir dərmanın müalicə etmədiyini xoşbəxtlik müalicə edər. Qabriel Qarsia Markes
  • Heç bir mahir və dahi həkim xəstəlik prosesinin gedişini, onu törədən səbəbləri bilmədən xəstəliyi müalicə etməz. Nikolay Qoqol
  • Həkim xəstəliyi müalicə edir, təbiət isə sağaldır. Hippokrat
  • Həkimlər nadir hallarda özləri özlərini müalicə edir, ruhani əsabələr xütbələrini həmişə yerinə yetirmir, qanunşünaslar isə öz təşəbbüsləri ilə qanunla dolaşığa düşməyi sevmirlər, bilirlər ki, bu kəskin alət etibarsızdır, istifadə vaxtı böyük xərclər tələb edir və çox vaxt layiq olanları yox, layiq olmayanları təmizləyir. Çarlz Dikkens
  • Həkimlərin etdikləri ən böyük xəta ruhu düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs göstərmələridir. Platon
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • Xəstə insanlar içərisində elələri var ki, əgər xəstəlikləri müalicə edilərsə, ölərlər. Çünki xəstəlikləri həyatda sahib olduqları tək şeydir. Fridrix Nitsşe
  • İngiltərənin çoxdankı yaralarını sosializmlə sağaltmağa çalışmaq – leykemiyanı zəli ilə müalicə etməyə oxşayır. Marqaret Tetçer
  • Meyitləri mühakimə etmək və ya müalicə etməkdən daha mənasız bir şey yoxdur: onlara yalnız dəfn olunmaq əmri verilir. Vasili Klyuçevski
  • Mədə xəstəliyin evi, sağlıq müalicənin başıdır. Ərəb atalar sözləri
  • Məhəbbət otlarla müalicə olunmur. Latın atalar sözləri
  • Məşğuliyyət, kainatın ən ucuz və ən effektiv müalicə üsullarından biridir. Deyl Karnegi
  • Müalicə aldığım psixiatrik xəstəxanada biri özünü Napoleon hesab edirdi, başqası San Martin (Argentina azadlıq hərəkatının liderlərindən biri – “Esquire”). Heç kimi inandıra bilmirdim ki, Maradonayam. Dieqo Armando Maradona
  • Müalicə edilə bilməyən xəstəliklər yoxdur, yalnız iradə yoxdur, faydasız otlar yoxdur, yalnız bilik çatışmamazlığı var.[2] İbn Sina
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə…şagirlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
  • Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
  • Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı. Əbdül Səttar Ədhi
  • Sevginin ən böyük möcüzəsi odur ki, o, nazdan müalicə edir. Andre Morua

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014