Zahid Oruc

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zahid Oruc
Vəzifədədir
2001-ci ildən
Seçki dairəsi2001 — 56 saylı Bərdə şəhər
200593 saylı Bərdə şəhər
201093 saylı Bərdə şəhər
2015 — 94 saylı Bərdə kənd
2020 — 94 saylı Bərdə kənd
ƏvvəlkiTərlan Musayeva (56 saylı)
Vəzifə təsis edildi. (93 saylı)
Gövhər Baxşəliyeva (94 saylı)
SonrakıVəzifə ləğv edildi. (56 saylı)
Gövhər Baxşəliyeva (93 saylı)
bayraq
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri
bayraq2
Vəzifədədir
11 fevral 2019-cu ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini
bayraq2
1992 – 15 avqust 2013
SədrFəzail Ağamalı
SonrakıArzuman Abdulkərimov
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1972(1972-02-01) (52 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist
Uşağı 2

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü.[1]

Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub.

1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub.

Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub.

Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.

1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi"nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.

10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib, çoxlu məruzələrin və təqdimatların müəllifi kimi tanınıb.

12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb. Bu səbəbdən Ana Vətən Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası həmin ilin avqustun 15-də Zahid Orucu partiya sıralarından xaric edib.[3]

11 fevral 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.[4]

Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[5]

Beynəlxalq Marşall mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq Proqramı"nın çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikatları və digər nominasiyaları almışdır.

  1. "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  2. Anar Tağıyev. ""Hərdən onsuz darıxıram..." – Zahid Orucla qeyri-siyasi söhbət" (az.). publika.az. 7 aprel 2015. 2015-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-08.
  3. "Arxivlənmiş surət". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  4. "Z.M.Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2019-cu il tarixli Sərəncamı" (az.). president.az. 2019-02-11. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  5. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]