45°15′18″ şm. e. 30°12′15″ ş. u.HGYO

Zmeynıy adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zmeynıy adası
ukr. Острів Зміїний
Ümumi məlumatlar
Sahəsi 0,205 km²
Uzunluğu
  • 0,66 km
Eni 0,66 km
Hündür nöqtəsi 41 m
Əhalisi
Yerləşməsi
45°15′18″ şm. e. 30°12′15″ ş. u.HGYO
Ölkə  Ukrayna
Akvatoriya
Zmeynıy adası xəritədə
Zmeynıy adası
Zmeynıy adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zmeynıy (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir.

Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır[3].

Zmeynıy adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı. Adanın self zonasında zəngin neft və qaz yataqlarının olması mübahisələrə səbəb olmuşdur. Rumıniya adanın delimitarizasiya olunmasına çalışırdı. 3 fevral 2009 ildə qərar qəbul edilir. Qərara görə Zmeynıy qayalıq deyil ada olaraq qeydə alınır[4][5].

Adanın xəritəsi

Ada Dunay çayının deltasından 35 km şərqdə yerləşir. Ada xaça bənzər formaya malikdir. Sahəsi 20,5 hektardır. Ucqar nöqtələri arasında məsafə 615 – 650 km-dir[6]. Ən yaxın yamayış məntəqəsi Rumıniyanın Sulino şəhəridir. Ukraynanın isə ən yaxın yamayış məntəqəsi Vilkovodur.

Ada əsasən bərk suxurlardan təşkil edilmişdir. Sahil xəttində hündürlük: şimal-şərqdə 4–5 m, cənub-qərbdə isə 25 metr təşkil edir. Ən hündür nöqtəsi 41,3 metrdir. Sahillərində dörd çimərlik vardır: «Damski», «Derqaç», «Zolotoy» və «Banditnı». Adada geoloji proseslər daim davam edir.

Ada çöl iqliminə malikdir. Qışda orta aylıq temperatur 0 - 2 °С, yayda isə — 19 - 24 °С arasında dəyişir. Maksimal +40 °С, minimal isə −30 °С müşahidə edilmişdir. Orta illik temperaturu 300 mm-dir. .

Flora və Fauna

[redaktə | mənbəni redaktə et]

Ada ərazisində əsasən çöl otları bitir. Son zamanlar isə adada ağaclar əkilir. Adada 234 növ quş müşahidə edilir. Sahil sularında 49 növ balıq, 6 növ yengəc yaşayır. Bəzi növlər hətta Ukraynanın qırmızı kitabına daxil edilmişdir.

Ukrayna Prezidentinin 09.12.1998 il № 1341/98 qərarı ilə Ada ərazisi yasaqlıq elan edilmişdir. Adanın ərafı 500 metr radiusunda yasaqlığa daxildir. Yasaqlığın ərazisi 232 hektardır.

Qədim yunan əsatirinə görə ada ilahə Fetida tərəfindən oğlu Axillin şərəfinə dənizin dibindən qaldırmışdır. Ada haqqında hətta Strabon və Heradot məlumst vermişdir. Adada Axill məbədi inşa edilir sonradan isə dağılır. İlk dəfə 1823-cü ildə M. Krişkim adanın xəritəsini tərtib etmişdir. 1843-cü ildə məbədin qalıqlarından mayak inşa edilmişdir. Qara dənizdən keçən qədim gəmilər məbədi ziyarət edirsilər[7]. Orta əsrlərdə ada Osmanlı imperiyasına mənsub olmuşdur.

14 iyul 1788 ildə türklərlə ruslar arasında Fidonisi döyüşü olmuşdur. 1828-1829 illərdə baş vermiş müharibənin nəticəsində ərazi rusların əlinə keçir. Krım müharibəsindən sonra ada Rumıniya ərazisi elan edilir. 1944-cü ilin aprelində ada Sovet qüvvətləri tərəfindən tutulur. 23 may 1948 il qərarı ilə ada SSRİ ərazisi elan edilir. 1956-cı ildə adada radiotexniki dəstə yerləşdirilir.

2003-ci ildə adada elmi -araşdırma stansiyası quraşdırılmışdır. 2007-ci ildə adada yerləşən beloe yaşayış yeri qəsəbə ukr. Біле) statusu almışdır[8]. Bu addım Rumıniya tərəfdən etiraza səbəb olmuşdur[9].

  1. Вилківська міська об'єднана територіальна громада.
  2. Загальна інформація.
  3. "Обсуждается вопрос строительства храма на острове Змеином в Чёрном море". Пресс-служба УПЦ. 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  4. «BMT məhkəməsi mübahisəli məsələni həll edir» Arxivləşdirilib 2012-04-14 at the Wayback Machine — BBC
  5. "Решение Международного суда ООН по делу Румыния против Украины" (PDF). 2009-02-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  6. "Kim Zmeynıy adası mübarizəsində qələbə çaldı? // Komsomol Həqiqəti". 2012-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  7. "Глава V. Культы понтийских богов в Причерноморье. С.Ю. Сапрыкин. Религия и культы Понта эллинистического и римского времени. Книги по истории онлайн. Электронная библиотека". 2014-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  8. "Ukrayna Qara dənizdə yerləşən qayanı yaşayış məntəqəsinə çevirmişdir". Lenta Ru. 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
  9. "Rumıniya Ukraynaya adası süni şəkildə məskunlaşdırmamağa çağırır". Lenta.Ru. 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.