40°07′33″ şm. e. 44°24′11″ ş. u.HGYO

Zəhmət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zəhmət
40°07′33″ şm. e. 44°24′11″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831[1]
Sahəsi
  • 3,1 km²
Mərkəzin hündürlüyü 847 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.049 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Zəhmət xəritədə
Zəhmət
Zəhmət

Zəhmət (1935-ci ildən), Haçaparaq — Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd.[3]

Kənd rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq[4], Azərbaycan mənbələrində Xocəparak[5] kimi qeyd edilir.

1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə[6], Qafqazın 5 verstlik xəritəsində[7] qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «haçalanmanın başlandığı yer» mənasında işlənən haça sözü ilə[8], qədim türk dilində «gecələr heyvan salınan, hasarlanmış yer» mənasında işlənən parax sözünün[9] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 .l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Zəhmət qoyulmuş, Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Xaçpar adlandırılmışdır.

Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 - cü ildə 1135 nəfər, 1916-cı ildə 1113 nəfər yalnız azərbaycanlı yaşamışdır[10]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 492 nəfər, 1926-cı ildə 670 nəfər, 1931-ci ildə 759 nəfər[10], 1987-ci ildə 2893 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kəndin sakinləri - azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. İndi ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82
  5. Şükürov S. Uluxanlı (Bədiitarixi, etnoqrafik oçerk), Gəncə, 1999. s.98
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.36
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.263
  8. Azərbaycan dilinin izahlı lüğəti, IV c., Bakı, «Elm», 1987. s.359
  9. Гасанов А.Г., Гейбуллаев Г.А. О некоторых древнетюркских словах в топонимии Азербайджана, сер. язык и литературы АГУ им. С.М.Кирова, №1, 1979. s.10
  10. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.82-83, 152-153