Yimey Vanq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yimey Vanq
王一梅
Şəxsi məlumatlar
Tam adı Yimey Vanq
Ləqəbi Da Mey
Doğum tarixi (36 yaş)
Doğum yeri Çin Dalian Çin
Vətəndaşlığı Çinli
Voleybolçu məlumatları
Boyu 1.90 m
Çəkisi 87 kq
Zərbəsi 318 sm
Bloku 305 sm
Mövqeyi Hücumçu
Karyerası
Komandası Türkiyə Eczacıbaşı
Nömrəsi 9
Həvəskar karyerası
2000–2003 Çin Liaoninq Voleybol
Klub karyerası
2003–2013
2013–
Çin Liaoninq Volleybol
Türkiyə Eczacıbaşı
Milli komanda karyerası
2005– Çin Çin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yimey Vanq – çinli qadın voleybolçu. Çin milli voleybol komandasının çapraz mövqedə oynayan hücumçusudur. Boş vaxtlarında pop musiqiyə qulaq asmağı sevən voleybolçu həmçinin basketbolla da maraqlanır.[1]

Karyerasına doğma vətəninin Liaoninq komandasında başlayan Vanq burada 2005-06 mövsümündə Çin ölkə çempionatının qızıl medalını qazanmışdır. Uğurlu çıxışı sayəsində Çin milli komandasında oynamaq şansını tapan voleybolçunun bu mənada ilk matçı 2005-ci ilə tasadüf edir.

2008 Yay Olimpiya Oyunlarında da iştirak şansı tapan voleybolçu doğma şəhəri Pekində keçirilən yarışda milli komandanın əlavə güclərindən biri olur. (ikinci heyətin üzvi kimi) Ev sahibləri yarımfinala qədər irəliləsələr də yarımfinalda Braziliya milli voleybol komandasına məğlub olur. Üçüncülük matçında qalib gələn Çin milli komandası bürünc mükafatlara yiyələnir. Bu oyunlarda az da olsa oynamaq şansı tapan Vanq isə ilk olimpiya bürüncünə sahib çıxır. Bundan sonra o, 2012 Lodon Yay Olimpiya Oyunlarında da iştirak etmişdi.

2013-cü ildə Türkiyə voleybol klubu Əczacıbaşı ilə müqavilə imzalamışdır.[2] Burada 2013-14 CEV Qadınlar Çempionlar Liqasında iştirak edərək ilk avrokubok təcrübəsini də qazanır. Bununla da bəs eləməyən asiyalı turnirin Dördlər finalında da iştirak edə bilir. Yalnız bu mərhələdə komandası ilk öncə Vakıfbanka daha sonra isə Azərbaycan çempionu Rabitəyə məğlub olur.[3]

Şəxsi mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 2008 Asiya Kuboku - "Ən Yaxşı Zərbəçi"
  • 2010 FİVB Dünya Kuboku - "Ən Yaxşı Servisçi"
  • 2010 Asiya Kuboku - "ƏDO"
  • 2011 Asiya Oyunları - "ƏDO"

Milli Komanda ilə

[redaktə | mənbəni redaktə et]
  • 2005 Dünya Qranpirisi - Bürünc Medal
  • 2008 Asiya Kuboku - Çempion
  • 2010 Asiya Kuboku - Çempion
  • 2010 Asiya Oyunları - Çempion
  • 2012 Asiya Oyunları - Gümüş Medal
  1. "Player's biography". 2015-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-14.
  2. Eczacıbaşı VitrA’nın, Çinli oyuncusu Wang İstanbul’da Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine (türk.)
  3. Əczacıbaşı Avrupa dördüncüsü[ölü keçid] (türk.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]