Yelena İsinbayeva
Yelena İsinbayeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Rusiya SFSR, Volqoqrad |
Fəaliyyəti | pole vaulter[d], yüngül atlet, idman rəsmisi[d] |
Fəaliyyət illəri | 1998-ci ildən |
Üzvlüyü |
|
yelena-isinbaeva.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Yelena Hacı qızı İsinbayeva (rus.Кики́мора Гадиевна Исинбаева; 3 iyun 1982[1][2][…], Volqoqrad) — Rusiya atleti.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yelena Hacı qızı İsinbayeva 3 iyun 1982-ci ildə Rusiyanın Volqoqrad şəhərində anadan olmuşdur. Atası Qadcı Qadcıyev (Hacı Hacıyev) Dağıstan Ləzgi boylarından Tabasaran mənşəlidir. İsinbayevanın bacıları onu "İnna" deyə çağırıb[3].
5 yaşından 15 yaşına qədər gimnastika ilə məşğul olub. Ən böyük xəyalı məşhur, dünya səviyyəli gimnast olmaq idi. Lakin boyunun uzunluğu karyerasına mane olurdu. Boyu 1.74 metrdir. Bu səbəbdən gimnastika üçün yararlı hesab edilmirdi və xəyalından əl çəkməli olur. Gimnastika müəllimləri ona qapını göstərərək deyirlər:
"Çox uzun boyun var, səndən gimnast olmaz."[3]
Lakin o, məşhur olmağı qarşısına məqsəd qoymuşdu.
Atletika karyerası
[redaktə | mənbəni redaktə et]Gimnastikadan ayrıldıqdan sonra hündürə tullanma üzrə atletika ilə məşğul olmağa başladı. 6 ay sonra - 1998-ci ildə Fransada uşaqlar arasında keçirilən Dünya Çempionatında 4 metr hündürlükdən tullandı. Amma digər atletlərdən 10 santimetrlik fərqə görə medal sıralamasına düşə bilməyib. 1999-cu ildə Gənclər arasında təşkil olunmuş Dünya Çempionatında 4,10 metrdən tullanaraq ilk qızıl medalını qazanır[3].
2000-ci ildə Çilinin paytaxtı Santyaqoda keçirilən Dünya Gənclər Çempionatında 4.20 metrlik hündürlüyü atlayaraq ikinci qızıl medala sahib olur. 2001-ci ildə İtaliyada keçirilən Avropa Gənclər Çempionatında növbəti birinciliyini əldə edir. Beləliklə də, karyerasında qızıl medalları daha çox olan İsinbayeva uğur qazanmağa davam edir[3].
Nəhayət, 2004 Yay Olimpiadalarında 4.91 m atlayıb dünya rekordu qıraraq qızıl medal qazanır. 2004-2005-ci illərdə iki dəfə IAAF (Beynəlxalq Atletizm Federasiyaları Birliyi) tərəfindən ilin qadın atleti seçilir. 22 iyul 2005-ci ildə 5 metri keçən şüvüllə hündürlüyə tullanma üzrə ilk qadın olur[3].
2008-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası tərəfindən ilin ən yaxşı idmançısı seçilmişdir. 2009-cu ildə isə şüvüllə hündürlüyə tullanma üzrə Rusiya yığmasının üzvü, ikiqat olimpiya, ikiqat dünya və Avropa çempionu Yelena İsinbayeva üçün fərqli çalarlarla yadda qaldı. 27 yaşlı cazibədar xanım avqustun 17-də Almaniyanın paytaxtı Berlində keçirilən XII dünya çempionatında uğursuz çıxış edərək, sözün əsl mənasında, şok yaşadı. Bundan 11 gün sonra isə İsveçrədə təşkil olunmuş "Qızıl liqa"nın beşinci mərhələsində 5,06 metrə tullanan Yelena bu dəfə şok yaşatdı. Çünki o, yeni dünya rekordu müəyyənləşdirmişdi.[4]
Uğurları
[redaktə | mənbəni redaktə et]- 1998 Dünya Gənclər Çempionatı Moskva, Rusiya (1)
- 1999 Dünya Ulduzlar Çempionatı, Polşa (1)
- 2000 Dünya Gənclər Çempionatı Santiaqo, Çili (1)
- 2001 Avropa Gənclər Çempionatı İtaliya (1)
- 2002 Avropa Çempionatı Münhen, Almaniya ( 2)
- 2003 Dünya Salon Çempionatı , Birləşmiş Krallıq (2)
- Dünya çempionatı Paris, Fransa (3)
- Avropa U23 Çempionatı, Polşa (1)
- 2004 Dünya Salon Çempionatı - Budapeşt, Macarıstan (1)
- Yay Olimpiadaları / Qadınlar - Afina (1)
- İAAF Dünya Atletizm Finali - Monte Karlo (1)
- 2005 Avropa Salon Çempionatı Madrid (1)
- Dünya çempionatı - Finlandiya (1)
- IAAF Dünya Atletizm Finali - Monako (1)
- 2006 Dünya Salon Çempionatı- Moskva (1)
- Avropa Çempionatı - İsveç (1)
- İAAF Dünya Atletizm Finali - Almaniya (1)
- Qitələrarası Kubok Yunanıstan - Afina şəhəri (1)
- 2007 Dünya Çempionatı- Yaponiya - Osaka şəhəri (1)
- İAAF Qızıl Liqa 6/6 Birincilik (1)
- İAAF Dünya Atletimz Finali - Almaniya (1)
- 2008 Dünya Salon Çempionatı – İspaniya - Valensiya şəhəri (1)
- Golden - İtaliya (1)
- Herculis - Monako (1)
- Yay Olimpiadaları / Qadınlar - Çin - Pekin şəhəri (1)
- 2009 - İsveçrə Sürix şəhəri (1)
- İAAF Qızıl Liqa 6/6 Birincilik (1)
- Dünya Atletizm Finalı - Yunanıstan (1)
- 2012 Dünya Salon Çempionatı - İstanbul (1)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lindstrom S. Yelena Isinbayeva // Encyclopædia Britannica (ing.).
- ↑ Jelena Isinbajewa // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 4 5 Putinin sevgilisi: “Dünya mənim pərəstişkarımdır, mən isə Tarkanın” Arxivləşdirilib 2013-11-25 at the Wayback Machine publika.az (az.)
- ↑ "Şüvülü tulladı, gözlər parladı". 2009-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-21.