Yaponiya memarlığı
Yaponiya memarlığı — Yaponiya incəsənətinin əsas qolarından olub, yapon xalqının yaşayış tərzini, ənənələrini və etiqadını xarakterizə edən yapon mədəniyyəti.
Sintoist memarlığı
[redaktə | mənbəni redaktə et]Yaponiyada əsrlər boyu Sintoist allahlarının şərəfinə çoxsaylı ehram və məbədlər tikilirdi. Adətən bu tikililər meşə və dağ başında inşa edilirdi. Hər bir tikili, məbəd kiçik su hövuzu olan bağla əhatələnirdi. Burada dualardan əvvəl xüsusi təmizlik işlərini həyata keçirmək üçün bulaçlar da tikilirdi. Məbədləri müqəddəs darvaza – torilər əhatə edirdi. Sintoist memarlığının gözəl nümunəsi kimi ilahə Amaterasunun şərəfinə İsedəki kömpleksi göstərmək olar.
Yaponiyanın əfsanəvi tarixi, təbiəti, iqlimi yapon memarlığının inkişafında və fərliliyində əsas təşkil edir. Memarlıq sənətinin kökləri də buddizm kimi Yaponiyaya Çindən daxil olmuşdur.
Sintoist konfutsi və budda ideallarını özündə ehtiva edən ənənəvi yapon estetikası bu xalqın incəsənətinin dərk edilməsində xüsusi prinsiplər işləyib hazırlamışdır. Ənənəvi yapon memarlığının inkişafında buddizm mühüm yer tuturdu. Buddizmin müxtəlif təriqətləri rəngarəng formalarla Koreya və Çindən Yaponiyaya V əsrdən başlayaraq nüfuz etmişdir. Budda fəlsəfəsinin əsasını real həyat (sansara) haqqındakı təsəvvürlər təşkil edirdi.
Erkən Yaponiyanın imperator saraylarında budda rahibləri özlərini təbiət qüvvələrini idarəetməyə və başverən təbii hadisələrə təsir göstərməyə qadir olduqlarını və insanları şeytanlardan azad etmək qüvvəsinə malik olduğunu göstərməyə çalışırdılar. Buddizmin xarakterik cəhətlərindən biri məhz onun yerli dini ənənələrə uyğunlaşmaq bacarığıdır. V əsrdən başlayaraq Yaponiyada müxtəlif təriqətlərə aid olan budda məbədləri tikilməyə başladı. Bu məbədlər özlüyündə, həm də memarlıq əsərləri, incəsənət abidələri kimi mədəniyyət tarixində görkəmli hadisə idi.
Məbəd və ya monastırın yerləşdiyi məkan
[redaktə | mənbəni redaktə et]Memarlıqla yanaşı, onunla birgə bağ-parkçılıq sənəti, heykəltəraşlıq, rəngkarlıq, kalliqrafiya, dekorativ-tətbiqi sənət də inkişaf edirdi. Ehram və monastırlar insanları yüksək ruhani hisslər əsasında düşüncə və yaradıcılığa cəlb edən məkan idi. Müəyyən psixoloji əhval-ruhiyyənin yaradılması budda incəsənətinin formalaşması üçün əlverişli mühit idi. Məbəd və ya monastırın yerləşəcəyi məkanın özünün bir sıra fərqli cəhətləri var idi:
- birinci, məkan «xeyirli» qüvvələrin hökm sürdüyü yer olmalı;
- ikincisi, şəhəri (və ya imperator iqamətgahını) şərdən vəşeytanlardan qorulmalı idi. Bağla əhatələnmiş məbəd ansamblı yazda ağ-çəhrayı sakura, yayda bəzəkli çiçəklər, payızda al-qırmızı rəngli güllərəqərq olur, qışda isə, hər şey sanki ağrəngəbərq vuran səma ölkəsinəbənzəyirdi.
Məbəd kompleksinin xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Məbəd kompleksinin tərkibinə paqodalar (too), zəng (syoroo), ibadət üçün zal (ko odoo), kitabxana (əlyazmaları xəzinəsi — kyodzoo), qurbankəsmə üçün zal (xokkedo), rəhiblərin yaşayış yeri (sooboo) daxil olmalı idi. Paqoda məbəd ərazisindəki ən yüksək və uca tikilidir. O bəzən rayon və ya şəhərdə dominant yer kimi əhəmiyyət kəsb edirdi.
Məbədlərin əsas hissələri (kondo və ya Hondo) divar rəngkarlığı ilə özünəməxsus idi. Buraya yapışqanlı və laklı boyalar aiddir. Divar boyu heykəltəraşlıq fiqurlarını buddanın və allahların obrazları təşkil edirdi ki, bu da binanın ikonoqrafik detallarıdır. Budda heykəltəraşlığına ağac, taxta, gümüş, gil, lak sənəti aid idi, o da bütövlükdə budda ritualının tərkib hissəsini təşkil edirdi. Məbədin interyeri həm də nəhəng fiqurlarla bəzədilirdi, bunların bir çoxu qurbankəsmə məqamını, döyüş mənzərələrini əks etdirirdi.
Yaponiyada VI-XIV əsrə aid memarlıq nümumələri
[redaktə | mənbəni redaktə et]Budda sənətinin gözəl kolleksiyaları ilə zəngin olan memarlıq əsərlərinə VI-XIV əsrlərə aid olan Xoordyüzini (Nara şəhəri VII əsr) göstərmək olar. Koofukudzi (669-cu ildə əsası qoyulub) Nara şəhərində bu günədək yaşayan incəsənət abidəsidir. Bundan başqa, Toödaydzi (Nara şəhəri, VIII əsr); Kooryüdzi (Kioto şəhəri VII əsr);Dzinqodzi (Kioto, IX əsr); Kiyemidzudera (Kioto şəhəri, VIII əsr); Enryakudzi (Kioto şəhəri yaxınlığında 823-cü il); Byoadoin (Udzi şəhəri XI əsr); Sandzyüsangendo (Kioto şəhəri, 1164) və s-ni də göstərmək olar. Təxminən XIV əsrə yaxın ənənəvi budda incəsənəti, xüsusilə, rəngkarlıq və heykəltəraşlıq kübar sənətin inkişafına təkan oldu. Portret heykəltəraşlıq və rəngkarlığında irəliləyişəldə edildi. Artıq XIV əsrdən sonra budda plastikası tənəzzülə uğradı.[1]
Süni Yapon bağları
[redaktə | mənbəni redaktə et]Yapon incəsənətinin əsas prinsiplərini özündə cəm edən və kökü çox qədim ənənələrə, sintoizm, konfutsi və buddizmə gedib çıxan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir. Lap qədimlərdən təbiətə sitayiş, etiqad, səcdə yaponların ona ilahi varlıq kimi yanaşmasını təmin etdi. Yaponlar uca dağlara, təsvirli qayalara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə, şəlalələrə etiqad edirdilər. Qədim yaponların təsəvvürlərinə görə landşaftın ən gözəl tərəfləri allahların yaşayış yerləri – kamilərdir. İlk süni yapon bağlarının yaradılması VI-VII əsrə aiddir; onlar sahilboyu miniatür vəhdət rolunu kəsb edirdi. Nara dövründə çin üslubunda olan bağlar daha məşhur idi. Xeyan zamanına isə, saray ətrafında göllərin salınması, şəlalələrin axıdılması daha üstünlük təşkil etdi. Göl və başlıca tikililər arasındakı iri həcmli meydançalara ağ qumun səpilməsi hansısa böyük bir təntənənin keçirilməsindən xəbər verir. Mistik buddizmin inkişafı saray bağlarının sinden üslubunda tikintisinə başlıca amil oldu. Bu amidasit istiqamətinə aiddir. Kamakura dövründə isə iri peyzaj bağları (sukiyama) budda məbədləri yanında salınmağa başladı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Yaponiya memarlığı". 2013-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-05.