Yakob Mekkel
Yakob Mekkel | |
---|---|
alm. Jacob Meckel | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 mart 1842 |
Doğum yeri | |
Vəfat tarixi | 5 iyul 1905 (63 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Prussiya |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Klemens Vilhelm Yakob Mekkel (alm. Klemens Wilhelm Jacob Meckel; 28 mart 1842, Köln, Reyn əyaləti[d] – 5 iyul 1905, Qernrode[d]) – Prussiya ordusunun generalı və Rus-yapon müharibəsindən öncə Meyci hökumətinin hərbi məsləhətçisi.
Həyatı və karyerası
[redaktə | mənbəni redaktə et]Yakob Mekkel 1842-ci ildə Köln şəhərində doğulmuş, 1869-cu ildə Prussiya Ordusunun Heyət Kollecini bitirmişdir.[1] Fransa–Prussiya müharibəsində iştirak etdikdən sonra baş qərargahda fəaliyyət göstərməyə başlamışdır və Heyət Kollecində təlimçi olmuşdur.[2]
Yaponiya
[redaktə | mənbəni redaktə et]Mekkel 1885-ci ildə Meyci hökumətinin dəvəti ilə Yaponiyaya gəlmişdir. Həmin dövrdə Yaponiya hökuməti Almaniya modeli əsasında təşkilatlanmaq barədə qərar qəbul etmişdi. Mekkel Müharibə Kollecində orduya təlimlər keçmiş və baş qərargah məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Üç il sonra Almaniyaya qayıtmış və orduda müxtəlif vəzifələri tutaraq general-mayor rütbəsinə qədər yüksəlmişdir.[1]
Mekkelin yapon tələbələri arasında Rus-yapon müharibəsində əhəmiyyətli rolları olan Kodama Qentaro və Akiyama Yoşifuru kimi hərbi xadimlər olmuşdur.[1] O, Katsura Taro və Kavakami Sorokuya ordunu müasirləşdirməkdə kömək etmişdir. Yaponiya ordusu üçün universal hərbi xidmətə çağırış sistemi, bölgü sistemi və ali komandan sisteminin əsasını qoymuş, logistika sistemlərini gücləndirmişdir.[2] Mekkel Yaponiyada cəmi 3 il fəaliyyət göstərsə də, onun metodları Birinci Çin-yapon müharibəsində Yaponiyanın qələbəsi üçün əhəmiyyətli rol oynamış və növbəti dövrlərdə də tətbiq olunmağa davam etmişdir.[1] Lakin Mekkelin hücum hərəkatlarında quru qoşunlarının əhəmiyyətini vurğulaması Rus-yapon müharibəsindəki böyük saydakı itkilərin səbəblərindən biri olmuşdur.[3]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 227–228. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 28 iyun 2023.
- Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 144. ISBN 0-87011-625-8. İstifadə tarixi: 28 iyun 2023.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 28 martda doğulanlar
- 1842-ci ildə doğulanlar
- Kölndə doğulanlar
- 5 iyulda vəfat edənlər
- 1905-ci ildə vəfat edənlər
- 63 yaşında vəfat edənlər
- 2-ci dərəcəli "Doğan günəş" ordeni kavalerləri
- Dəmir xaç ordeninin kavalerləri
- Əlifba sırasına görə hərbi xadimlər
- Meyci hökumətinin xarici məsləhətçiləri
- Yaponiyada xarici pedaqoqlar
- Yaponiyadakı Almaniya qürbətçiləri
- General-mayorlar
- Fransa–Prussiya müharibəsi iştirakçıları