Yaşar Musayev
Yaşar Musayev | |
---|---|
Yaşar Balabəy oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Sabirabad rayonu, Suqovuşan kəndi |
Vətəndaşlığı |
SSRİ Azərbaycan Almaniya |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Maşınqayırma texnologiyası, Materialşünaslıq, Tribologiya |
Elmi dərəcəsi | Doktor-mühəndis |
Alma-mater | Azərbaycan Texniki Universiteti, Erlangen-Nürnberq Universiteti |
Təhsili | Ali |
Yaşar Musayev (tam adı Yaşar Balabəy oğlu Musayev) — Almaniyada qazanılmış "Doktor-mühəndis" elmi dərəcəli, Azərbaycan əsilli alman mühəndisi. Hazırda "Şeffler qrupu" şirkətinin "Səthlərin emal texnologiyası" üzrə senior vitse prezidenti, Schaeffler Baltic şirkətinin baş meneceridir (CEO).
Həyatı və elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Yaşar Musayev 1967-ci il fevral ayının 3-də Azərbaycan Respublikası Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdur. 1984-cü ildə Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. 1984-1991-ci illərdə Azərbaycan Texniki Universiteti, "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə təhsil alır və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra AzTU- da mühəndis tədqiqatçı kimi elmi-pedagoji fəaliyyətə başlayır. 1993-1996-cı illərdə o Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsilini davam etdirmişi. AzTU-da çalışdığı dövrdə maşın hissələrinin funksional səthlərinə diffuziya metodu ilə örtükçəkməklə onların yeyilməyə davamlılığını artırmaq istiqamətində elmi işlərlə məşğul olmuş, bu sahədə Azərbaycanda ilk elmi tədqiqat laboratoriyasını yaratmışdır. Bu laboratoriyada ilk dəfə olaraq kənd təsərrüfatında tətbiq olunan maşınların hissələri üçün bərpa texnologiyaları işlənmişdir. Həmin dövrdə o diffuziya metodu ilə örtükçəkmə texnologiyası üzrə onlarca elmi məqalə, tədris metodiki işləri hazırlamışdı.
Yaşar Musayev 1997-ci ildə Alman Akademik Mübadilə Xidmətinin layiq gördüyü bir illik stipendiya əsasında Erlangen-Nürnberq Universitetinə ezam olunur. O, Universitetin "Konstruksiyaetmə" kafedrasında AzTU-da gördüyü elmi işləri davam etdirir. Yaşar Musayevin alman mühəndislərinə prezentasiya etdiyi elmi nəticələri və şəxsi keyfiyyətləri kafedra müdiri, almaniyada məşhur alim olan, prof. Meerkammın marağına nəsib olur. Belə ki, o, stipendiya vaxtı başa çatdıqdan sonra doktoranturada təhsilini davam etdirmək üçün 2000-ci ildə yenidən Almaniyaya dəvət olunur. Yaşar Musayev 20 mart 2001-ci ildə prof. Meerkammın rəhbərliyi altında hazırladığı dissertasiya işini müdafiə edərək, universitetin "Texnika fakültəsinin" elmi şurası tərəfindən "Doktor-mühəndus" elmi dərəcəsinə layiq görülür.
Erlangen-Nürnberq Universitetindı təhsilini başa vurduqdan sonra Dr. Musayev Nürnberq şəhərində fəaliyyət göstərən "H.O.T. Oberflächenrechnik" firmasında "Səthlərin emal texnologiyası" şöbəsinə rəhbər vəzifəyə təyin olunur. Burada o avtomobil hissəllərinin səthlərinin möhkəmliyini PVD və CVD emal metodları ilə artırmaq üçün örtükçəkmə texnologiyalarının işlənməsi və tətbiqi ilə məşğul olur. 5 illik sənaye təcrübəsi topladlqdan sonra Yaşar Musayev 2005-ci ildə "Şeffler qrupu"-na işə dəvət olunur və orada öncə örtükçəkmə üzrə ayrı-ayrı layihələrdə çalışır. Yaşar Musayevin qısa zamanda əldə etdiyi elmi nəticələri və alman avtomobil sənayesinin onun işlərinə olan yüksək marağını nəzərə alaraq "Şeffler qrupu" şirkətinin rəhbərliyi 2011-ci ildə bu sahədə yeni elmi tədqiqat mərkəzinin yaradılmasına qərar verir. Bu işin texniki, iqtisadi planlanması və mərkəzin qurulması işləri Yaşar Musayevə həvalə edilir. "Səthlərin emalı texnologiyası" elmi mərkəzi öncə kiçik həcmdə işə başlasa da hazırda burada 50-yə yaxın yüksək ixtisaslı alman mütəxəssisləri fəaliyyət göstərirlər. Elmi-tədqiqiat mərkəzi şirkətin dünyanln bir çox yerlərində çalışan zavodları üçün yeni texnologiyalar işləyib tətbiq edir və proseslərin effektiv işləməsi üçün onların bir mərkəzdən idarəsini həyata keçirir. Yaşar Musayevin rəhbərliyi altında maşın hissələrinə örtükçəkmə texnologiyası sahəsində bir çox yeniliklər işlənmiş və tətbiq olunmuşdur. Bu sahədə nanotexnologiyaların özəlliklərini vurğulamaq yerinə düşərdi. Yeyilməyə davamlı üstqatlar avtomobil mühərriklərində və digər intiqallarda tətbiq olunan hissələrin triboloji xassələrini yaxşılaşdıraraq, həm mühərriklərin uzunömürlülüyünü artırmağa, həm də yanacağa qənaət etməyə imkan yaradır. Bu texnologiyalar dəfələrlə Almaniyanın mötəbər təşkilatları tərəfindən mükafatlara layiq görülmüşdürlər.
Yaşar Musayev 2015-ci ilədək həmin mərkəzin direktoru vəzifəsində çalışır. 2016-cı ildən o, eyni zamanda "Şeffler qrupu" şirkətinin "Səthlərin emal texnologiyası" üzrə məsul şəxs vəzifəsinə təyin olunur və şirkətin baş menecerlər səviyyəsində aparıcı səlahiyyətlərə yiyələnir (Senior Vice President). Yaşar Musayev tutduğu vəzifələrə uyğun olaraq Şeffler qrupu şirkətini həm Almaniyada, həm də xaricdə təmsil edir.[1]
Şeffler örtükçəkmə üzrə dünyada aparıcı mövqeyini saxlamaq üçün bir çox xarici şirkətlərlə sıx əməkdaşlığa çalışır və birgə layihələr işləyib həyata keçirir. Belə şirkətlərdən biri də Latviyada fəaliyyət göstərən Naco şirkətidir. Naco şirkətinin dünyada PVD üsulu üçün ən sürətli texnologiyaya malik olması ona Şeffler şirkəti ilə daha yaxın əlaqə qurmağa imkan yaradır. Belə ki, 2015-ci ildə Yaşar Musayevin təşkilatı rəhbərliyi altında onun Şeffler qrupuna daxil olması baş tutur. 2016-cı ilin yanvar ayından Schaeffler Baltic adlanan bu şirkətin baş menecerliyi Yaşar Musayevə həvalə edilir.[2]
Yaşar Musayev örtükçəkmədə məşğul olduğu nanotexnologiyalar üzrə 120-dən çox elmi məqalə çap etdirmişdir. Avropa və dünyanın bir çox ölkələrində qeydiyyatdan keçmiş 30 -dan çox patentə malikdir.
Elmi-yaradıcılıq işləri
[redaktə | mənbəni redaktə et]Pedaqoji fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Yaşar Musayev 1991-ci ildə AzTU-da fəaliyyətə başladığı dövrdə iki il "Maşınqayırma texnologiyası" kafedrasında tədqiqatçı-mühəndis kimi çalışır. Bu müddətdə o kafedrada uyğun fənlər üzrə mühazirə və məşğələ dərslərinin təşkili və keçirilməsində yaxından iştirak edir, tələbələrə layihə və diplom işlərinin tərtibində rəhbərlik edir. 1993-cü ildən Yaşar Musayev AzTU-da yeni yaradılan "Maşınların təmir texnologiyası və etibarlılığı” kafedrasının təşkilində yaxından iştirak edir. 1993-1998-ci illərdə bu kafedrada o assistent vəzifəsindən dosent vəzifəsinə qədər yüksəlir. Pedaqoji fəaliyyəti dövründə maşınların təmir texnologiyasının əsasları, əsasən də yeyilmiş hissələrin işləmə qabiliyyətini bərpa etmək üçün örtükçəkmə texnologiyalarının tədqiqi və tədrisi sahəsində onlarca elmi-metodiki işlər hazırlayır. Həmin kafedrada çalışdığı müddətdə tələbə işlərinə rəhbərlik edir. Yaşar Musayevin rəhbərliyi altında diplom işlərini hazırlamış azərbaycanlı mühəndislərdən bir neçəsi Almaniyada doktoranturada təhsillərini davam etdirmişlər. Onlar hazırda alman sənayesinin müxtəlif sahələrində çalışırlar. Bu mühəndislərdən Almaniyada ən çox uğur qazananlar arasında İXUN Lasertechnik GmbH firmasının sahibi Dr. Xudaverdi Kərimovu və Şeffler qrupda avtomobillər üçün ötürmə hissələrinin layihələndirilməsi şöbəsində çalışan konstruktor Dr. Pərviz Mövlazadəni göstərmək olar.
Mükafatları
[redaktə | mənbəni redaktə et]Dr.Yaşar Musayevin rəhbərliyi altında "Səthlərin emalı texnologiyası" mərkəzində işlənmiş texnologiyalar aşağıdakı mükafatlara layiq görülmüşdürlər:
- 2012 – Yeni Triondur® CX+ örtük sistemi üçün “Qızıl Medal”;[3]
- 2014 – Yeni Triondur® CH örtük sistemi üçün “Gümüş Medal”;[4]
- 2016- Yeni Sensotect® örtük sistemi üçün "Səth&Texnologiya" mükafatı;[5]
- 2017 -Naco-600 yüksək sürətli ion-plazma maqnetron əritmə qurğusu üçün " Eksport və innovasiya 2017" mükafatı (Latviya).[6]
Üzvü olduğu qurumlar
[redaktə | mənbəni redaktə et]- Almaniyada azərbaycanlı tələbələr və elmi işçilər birliyinin üzvü;
- Almaniya Mühəndilsər Birliyində təşkil olunmuş "Nanotexnologiyalar üzrə komitə"nin (Nano in Germany e.V.) idarə heyətinin üzvü;[7]
- Alman Mühəndislər Birliyinin üzvü,
- Avropa "Nazik örtüklər" elmi birliyinin (EFDS e.V., Dresden) sədr müavini,[8]
- INPLAS elmi birliyin üzvü,[9]
- “Bakı-Nürnberg” e.V Təhsil və Mədəniyyət Mərkəzinin təsisçisi, Nürnberq, Almaniya;
İctimai fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Yaşar Musayev Azərbaycandan uzaqlarda olsa da, öz doğma vətəninə bağlılığı onun Almaniyadakı həyatının hər addımında özünü göstərmişdir. İstər Erlangen-Nürnberq universitetində, istərsə də sonralar sənayedə çalışdığı dövrlərdə öz azərbaycançılıq keyfiyyətlərini önə çəkərk, o, 90-cı illərdə çoxlarına hələ yaxşı tanış olmayan bir Şərq ölkəsinin tanınması üçün səylərini əsirgəməmişdir. Həmin dövrdə Almaniyaya təhsillə bağl gəlmiş bir çox azərbaycanlı gənc kimi, Yaşar Musayev də almanlar arasında azərbaycan mədəniyyətini təmsil edir, bir mütəxəssis kimi almanları Azərbaycandakı təhsillə bağlı məlumatlandırırdı. O, həmçinin Almaniyada yaşayan azərbaycanlılarla da sıx təmas yaradır, onların şəbəkələşməsi, Azərbaycanla bağlı keçirilən tədbirlərtdə mütəşəkkil çıxış etmələrinə çalışır. Belə ki, 2010-cu ildə Yaşar Musyevin şəxsi səyi saysəində Nürnberq şəhərində “Bakı-Nürnberg” e.V Təhsil və Mədəniyyət Mərkəzi təsis olunur. Bu cəmiyyət yarandığı gündən Nürnberq və ətrafında olan azərbaycanlıları bir araya yığaraq onları Azərbaycanla bağlı narahat edən məsələlərin müzakirəsinə imkan yaradır, məlumatlandırır və mədəni tədbirlərin keçirilməsinə çalışır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Müsahibələr
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Səthlərin emalı texnologiyası" elmi-tədqiqat mərkəzinin prezentasiyası". 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-02.
- ↑ "Schaeffler übernimmt Naco". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-03.
- ↑ "Materialica Design + Technology Award 2012 "für "Schichtsystem mit weniger Verschleiss"
- ↑ "Silber für Schaeffler Materialica Design + Technology Award 2014 für Triondur® CH
- ↑ "Materialica Design + Technology Award 2016" für "Intelligente Oberflächen durch Dünnschicht-Sensorik"
- ↑ ""Награда в области экспорта и инноваций 2017", который организует Латвийское агентство инвестиций и развития (LIAA)". 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-01.
- ↑ VDİ Fachbereich Nanotechnik
- ↑ EFDS elmi birliyi[ölü keçid]
- ↑ İNPLAS[ölü keçid]