Yosa Buson

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
YOSA BUSON
yap. 与謝蕪村
Doğum tarixi
Doğum yeri Kema, Yaponiya
Vəfat tarixi
Vəfat yeri Kioto, Yaponiya
Vəfat səbəbi ürək tutması
Fəaliyyəti hayku şairi, yazıçı, rəssam, xəttat
Janr Xokku
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yosa Buson — yapon şairi, yazıçısı və rəssamı. Yüzlərlə hokkunun müəllifi.

1737-ci ildən Basyo ənənələrini davam etdirən Yahantö poetik məktəbinin başçısı Hayano Hadzinin şagirdi olmuşdur. Onun varisi kimi həmin məktəbin rəhbəri olduqdan və poeziya məclislərində münsif hüququ qazandıqdan sonra, 1770-ci ildən peşəkar şair sayılmışdır. Ən yaxşı şeirləri Takai Kito ilə birlikdə hazırladığı "Şaftalılar və Gavalılar" toplusuna daxil edilmişdir. Buson Yosanın poeziyasına incə duyğular və lirizm xasdır. Rəssam kimi mənzərə ustası olan Buson bundzinqa məktəbinin ən görkəmli nü mayəndələrindən biridir.[1]

"Şəhərdə ağşamçağı qar" (şəxsi kollek siya, Kobe), "Payız seyri" (Milli muzey, Kioto) və s.[1] 

  1. 1 2 Buson Yosa// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 119.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]