Xaldiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xaldiya (yun. Χαλδία) — Qara dənizin Kiçik Asiya sahilində tarixi vilayət. Vilayət antik dövrdə orada yaşayan xaldlar xalqının adını daşıyır. Xaldiya 820-ci ildə burada eyniadlı femanı quran Bizans imperiyasına tabe idi. XIII əsrdə Trapezund imperiyası ilə vassal münasibətlərdə idi, lakin muxtariyyətini saxlamışdı. 1478-ci ildə, yəni Trabzonun süqutundan sonra Xaldiyanın böyük hissəsi Osmanlı imperiyasının hakimiyyəti altına keçmişdir. Daha qəddar hesab edilən Osmanlılardan xilas olmaq istəyən xaldiyalılar 1478-ci ildə Trapezund ilə dostluq əlaqələri olan Ağqoyunlu türklərinə tabe olmuş, ona görə də Osmanlılar Xaldiyanın bu hissəsinə yalnız 1514-cü ildə nəzarəti ələ keçirə bilmişdilər.[1]

Əvvəlcə Gümüşxanə rayonunda yerləşən ərazilər Xaldiya adlandırılsa da,[2] sonralar bu ad Trabzon şəhəri ətrafındakı bütün bölgəyə aid edilmişdir. Şimaldan bölgənin torpaqları Qara dənizin suları ilə yuyulur, şərqdən Lazika, cənubda KappadokiyaKiçik Ermənistan, qərbdə isə Pontun qərb hissəsi ilə həmsərhəddir. Xaldiyanın əsas şəhərləri sahilyanı ərazidə yerləşən KerasuntTrebizond idi.

  • Talbert, Richard J. A. Barrington Atlas of the Greek and Roman World: Map-by-Map Directory. Princeton, New Jersey: Princeton University Press. 2000. ISBN 9780691049458.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]