Vyetnam mətbəxi
Vyetnam mətbəxi — Hind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mətbəxi.
Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla digərlərindən fərqlənir. Qonşu mətbəxlərdən nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir.[1]
Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri də geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü ilk növbədə paştet və pendirdə göstərir.[2] Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib.[1]
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə də digərlərindən çox fərqlənir. Deyilənə görə, burada 500-ə yaxın milli yemək nümunəsi var. Ölkənin ən məşhur milli yeməklərinə: "kom" (düyü), "fo" (əriştə supu), "soy" (yapışqan düyü), "çaka" (balığın qızardılmış yumşaq əti), "çajo" (ət və tərəvəzli rulet) aiddir.[2] Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər də bu ölkədə çox populyardır. Burada müxtəlif orijinal meyvələr də vardır: əjdaha meyvəsi, jajabe, xaki, lonqan, pomelo, üççəyirdəkli albalı, su alması.[2] Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklərdən istifadə edilir.[1]
Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Vyetnamlılar özləri öz mətbəxlərini belə xarakterizə edirlər:
Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad.[1] |
Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Ölkənin şimalı daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Ölkənin cənubunda isə ədviyyatlardan daha çox istifadə olunur.[1]
Yerli əhaliyə gəlincə, vyetnamlılar çox zəngin mədəniyyətə malik sülhsevər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər. Turistlər Vyetnamın böyük şəhərlərində hər zövqə və münasib qiymətə uyğun restoran tapa bilirlər.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Mehparə. Vyetnam[ölü keçid] medeniyyet.az, 17.04.2014 (az.)
- ↑ 1 2 3 Dağlar və çaylar ölkəsi Arxivləşdirilib 2010-01-14 at the Wayback Machine. anspress.com, 21.10.2009 (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Nguyen, Andrea Quynhgiao; Cost, Bruce (FRW); Beisch, Leigh. (2006) Into the Vietnamese kitchen: treasured foodways, modern flavors. Ten Speed Press, ISBN 1-58008-665-9
- Le, Ann; Fay, Julie. (2006) The Little Saigon Cookbook: Vietnamese Cuisine and Culture in Southern California's Little Saigon, Globe Pequot, ISBN 0-7627-3831-6
- Thị Chơi Triệu, Marcel Isaak, (1998) The Food of Vietnam: Authentic Recipes from the Heart of Indochina, Tuttle Publishing, ISBN 962-593-394-8
- McDermott, Nancie; Alpert, Caren (2005) Quick & Easy Vietnamese: 75 Everyday Recipes Chronicle Books, ISBN 0-8118-4434-X
- Chi Nguyen; Judy Monroe, (2002) Cooking the Vietnamese way: revised and expanded to include new low-fat and vegetarian recipes Twenty-First Century Books, ISBN 0-8225-4125-4
- Pauline Nguyen; Luke Nguyen; Mark Jensen (2007), Secrets of the Red Lantern: Stories and Vietnamese Recipes from the Heart Murdoch Books, ISBN 1-74045-904-0
- Trieu Thi Choi, Thị Chơi Triệu, Marcel Isaak, Heinz Von Holzen (2005), Authentic Recipes from Vietnam Tuttle Publishing, ISBN 0-7946-0327-0
- Phu Yen Ganh Da Dia turu və Phu Yen-də kulinariya yeməkləri
- Hoyer, Daniel. (2009) Culinary Vietnam. Gibbs Smith, ISBN 1-4236-0320-6
- Vyetnam mətbəxi Arxivləşdirilib 2016-05-02 at the Wayback Machine. bonduelle.az (az.)