Vladimir Jirinovski
Vladimir Jirinovski | |
---|---|
rus. Владимир Жириновский | |
Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini | |
18 yanvar 2000 – 21 dekabr 2011 | |
1992 – 6 aprel 2022 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Владимир Вольфович Эйдельштейн |
Doğum tarixi | 25 aprel 1946[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 6 aprel 2022[3] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19, Septik şok[6] |
Dəfn yeri | |
Milliyyəti | Yəhudi |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, hərbi qulluqçu |
Atası | Volf Edelşteyn |
Anası | Aleksandra Makarova |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Sovet Ordusu |
Rütbəsi | Polkovnik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Türkologiya, politologiya |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Vladimir Volfoviç Jirinovski (rus. Владимир Вольфович Жириновский; 25 aprel 1946[1][2], Almatı, Qazaxıstan SSR[4][5] – 6 aprel 2022[3], Moskva[4][5][…]) — Rusiyalı dövlət xadimi, siyasətçi, hüquqşünas, türkoloq.
Rusiya Liberal Demokrat Partiyasının qurucusu və lideri, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü. Rusiya Federasiyası Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürüb (1991, 1996, 2000, 2008, 2012).
Həyatı
[redaktə | mənbəni redaktə et]Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə — yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə — rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürmüşdür. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil almışdır. 1965–1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini almışdır. 1972–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil almışdır.
Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşmış və o, xəstəxanaya yerləşdirilmişdi. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirnovski, tibbi cihazlara bağlı şəkildə yaşayırdı. 6 aprel 2022-ci il tarixində Vladimir Jirnovski vəfat etdi.[7]
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]Onun siyasi karyerası daima Azərbaycana təhqirlə keçib. Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlamış və polkovnik rütbəsinə qədər qalxmışdır. 1975–1983-cü illər arasında Vladimir Jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olmuşdur. 1983–1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlamışdır.
1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının üzvü olmuşdur. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoymuşdur. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olmuşdur. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürmüşdür. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilmişdir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat olmuş və 3 çağırışda (1999–2011) sədr müavini olmuşdur.
Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürmüş və bununla da Rusiyada rekord vurmuşdur. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7,81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5,7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2,7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürmüş və 4 namizəd arasında 9,35% (6.988.510 səs) toplamış və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutmuşdur. Bu Vladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]6 yanvar 1971-ci ildən ömrünün sonuna kimi Qalina Aleksandrovna Lebedeva (1949-cu il təvəllüdlü) ilə evli olub. Jirinovskinin üç övladı - iki oğlu və bir qızı var idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Wladimir Wolfowitsch Schirinowski // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Vladimir Žirinovskij // The Fine Art Archive. 2003.
- ↑ 1 2 Ушел из жизни Владимир Вольфович Жириновский (rus.). 2022.
- ↑ 1 2 3 4 https://www.themoscowtimes.com/2022/04/06/vladimir-zhirinovsky-far-right-court-jester-of-russian-politics-dies-at-75-a77240.
- ↑ 1 2 3 4 Collins C. Vladimir Zhirinovsky // Encyclopædia Britannica (ing.).
- ↑ Telegram Channel 112: Vladimir Zhirinovsky is in a critical condition (erm.). 2022.
- ↑ "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vladimir Jirinovskinin məqalələri Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine
- 1991-ci il Rusiya Dumasında çıxışı Arxivləşdirilib 2009-09-18 at the Wayback Machine
- Jirinovski Bağdad barədə Arxivləşdirilib 2007-08-24 at the Wayback Machine
- V.Jirinovski 2012 seçkiləri barədə Arxivləşdirilib 2012-01-21 at the Wayback Machine
- 25 apreldə doğulanlar
- 1946-cı ildə doğulanlar
- Almatıda doğulanlar
- 6 apreldə vəfat edənlər
- 2022-ci ildə vəfat edənlər
- 75 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Moskva Dövlət Universitetinin məzunları
- Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin məzunları
- Fəlsəfə elmləri doktorları
- Rusiyanın I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- Rusiyanın II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- Rusiyanın IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- "Aleksandr Nevski" ordeni kavalerləri (Rusiya Federasiyası)
- Rusiyanın "Şərəf" ordeni ilə təltif edilənlər
- "Jukov" medalı medalı ilə təltif edilənlər
- "Moskvanın 850 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- "Ümumrusiya siyahıyaalmasında xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- Rusiya Federasiyası Prezidentinin Fəxri Diplomu ilə təltif edilənlər
- Fəxri dəmiryolçular
- Abxaziyanın "Şərəf və Şöhrət" ordeni kavalerləri
- Rusiya Federasiyasının əməkdar hüquqşünasları
- Rusiya Federasiyası Hökumətinin Fəxri fərmanı ilə təltif olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Rusiyanın dövlət xadimləri
- Rusiya prezidentliyinə namizədlər
- Rusiya Liberal Demokrat Partiyasının üzvləri