38°49′26″ şm. e. 48°44′45″ ş. u.HGYO

Vilvan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vilvan
38°49′26″ şm. e. 48°44′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.372 nəf.
Xəritəni göstər/gizlə
Vilvan xəritədə
Vilvan
Vilvan

VilvanAzərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1]

Vilvan kəndinin yaranması haqqında müxtəlif fikirlər var. Vilvan ərazisində aparılmış qazıntılar zamanı tapılmış keramika nümunələrinə istinadən bu yerlərdə eramızın IV əsrində yaşayış məskəni olduğu tarixi faktlarla sübut edilir. Təxminən 5–6 hektar ərazidə tapılmış maddi-mədəniyyət nümunələrinə əsasən ərazinin keçmişdə kənd məskəninin qalıqları olduğu ehtimal edilir.

Kənddə atəşpərəstlik dinini əks etdirən tarixi, maddi-mədəniyyət abidələri də olmuşdur. Qədim məzarlıqda qəbirüstü abidələrdə günəş simvolları öz əksini tapırdı. Qəbirüstü nümunələr kompozisiyası, quruluşu, ornament motivləri baxımından atəşpərəstlik dövrünün abidələrindən idi. Kəndə gələn tarixçi-alimlərdən biri qəbirüstü abidələrin tunc və daş dövrünə aid olduğunu bildirmişdi. Təəssüf ki, bu yerlər baxımsızlıq üzündən dağılmışdı.

1988-ci ildə AMEA-nın Tarix İnstitutunun arxeoloqları tərəfindən aşkara çıxarılmış kurqanlara istinad etsək, deyə bilərik ki, Vilvanın yaranma tarixi 4 min ilə yaxındır.[mənbə göstərin]

Tədqiqatçılar Vilvan kəndinin mənasını müxtəlif variantlarda izah edirlər. Bir qisim müəlliflərin yazdıqlarına görə Vilvan "güllü-çiçəkli yer", bəzi müəlliflərə görə, "gül becərən yer" mənasını verir. Vilvan talış dilində "Vılvon" sözündən yaranmışdır. "Vıl" talışca gül adlanır. Bu baxımdan kəndə "güllü-çiçəkli yer" adının verilməsi daha məqsədəuyğundur.[mənbə göstərin]

Fiziki-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Vilvan kəndi Lənkəran rayonunun inkişaf etmiş iri yaşayış məntəqələrindən biridir. Bu kənd Lənkəran-Boradigah şose yolu üstündə, rayon mərkəzindən 12 kilometr şimal-qərbdə yerləşir. Cənubdan İstisu qəsəbəsi, şərqdən Veravul, şimaldan Xarxatan və Cil, qərbdən Osakücə və Sinovli kəndləri ilə həmsərhəddir. Kəndin ərazisi 926 hektar təşkil edir. 448 hektarı pay torpağı kimi əhaliyə verilmişdir. 145 hektarı bələdiyyənin ehtiyat fonduna daxildir, 258 hektarı həyətyanı sahələr, 50 hektarı örüş yerləri təşkil edir. Perspektiv inkişaf fonduna 21,1 hektar sahə daxildir.[mənbə göstərin]

Əhalisi və məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

1 yanvar 2020-ci il məlumatına görə, kəndin əhalisi 5095 nəfərdir. 2439 nəfəri qadındır, 41 nəfəri "Qəhrəman ana"dır. 1051 ailə təsərrüfatı vardır. Kənd əhalisi etnik mənsubiyyətinə görə talışdır. Aralarında azəri-türkü, rus, tatar, ləzgi və tat və s. millətdən vardır. Əhali mehriban şəraitdə yaşayır. Xalqın keçmiş tarixi də milli birliklə bağlıdır.[mənbə göstərin]

Əhali çayçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.

Kəndin təbii şəraiti və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kəndin iqlimi yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda bölgəyə xas mənfi 3–4 dərəcə, yayda müsbət 30 dərəcə, bəzən daha çox olur. Vilvan məhsuldar torpaqları, bol su ehtiyatı, gözəl abu-havası və əsrarəngiz təbiəti ilə qədimdən insanları cəlb etmişdir.

1956-cı ilin may ayında Lənkəranın bir çox kəndlərində, o cümlədən Vilvanda qar yağmışdır. 2011-ci ilin sentyabrın 18 və 19-da Veravulçaya keçən güclü sel nəticəsində kəndləri bir-birinə bağlayan körpülər sıradan çıxmışdır. 2015-ci il oktyabrın 18-dən 30-dək yağan yağışlar nəticəsində həyət və təsərrüfatlar su altında qalmışdır.[mənbə göstərin]

Böyük Vətən müharibəsinin veteranı

[redaktə | mənbəni redaktə et]
Ağadadaş SəmədovBöyük Vətən müharibəsi veteranı.

2008-ci il iyulun 3-də Rusiya ilə Azərbaycanın aparıcı telekanalları, eləcə də informasiya agentlikləri Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə rəsmi səfəri çərçivəsində Lənkəran rayonunun Vilvan kənd sakini, 84 yaşlı Ağadadaş Səmədovla görüşünü bütün dünyaya yaydılar. Həmin gün Rusiyanın dövlət başçısı Böyük Vətən müharibəsinin veteranı həmyerlimizə 2-ci və 3-cü dərəcəli "Şöhrət" ordenləri təqdim etdi və bunun çox xoş, şərəfli bir missiya olduğunu söylədi.

Rusiya Prezidenti veterana onun 1945-ci ilin fevral və iyul aylarında layiq görüldüyü "Şöhrət" ordenlərini təqdim etdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev veteranı layiqli təltif münasibətilə təbrik etmişdir. Veteran Ağadadaş Səmədov təşəkkürünü bildirmiş, dövlət başçıları və "Şöhrət" ordeni kavaleri xatirə şəkli çəkdirmişlər.

Böyük Vətən müharibəsində Vilvandan 129 nəfər iştirak etmişdir, onlardan 77 nəfəri qayıtmışdır.[mənbə göstərin]

Vilvan kəndində Allaha inam, dinimizə, peyğəmbər və imamlarımıza yüksək etiqad, inam var. Sakinlərin əksəriyyəti namaz qılır, oruc tutur. Burda yaşayanlar şiə mənsəbinə mənsub olanlardır.

Vilvan kənd məscidi

Vilvanda ilk məscid 1848-ci ildə, köhnə gübrə anbarının yanında camaat tərəfindən tikilmişdir. Hal- hazırkı məscid 1922-ci ildə tikilmişdir. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra kənddəki məscid yenidən təmir edilərək dindarların ixtiyarına verilmişdir. Təmir zamanı məscidin əvvəlki memarlıq üslubu saxlanılıb. Kəndin Mollaoba məhəlləsindəki məscid 1990-cı ildə Molla Bəhlul Axundovun təşəbbüsü və təşkilatçılığı ilə tikilmişdir.[mənbə göstərin]

  1. Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.

2. Hacı Etibar Əhədov — Günəşə boylanan Vilvan, Bakı-2020. 648 səh