Vilhelm Bitrix
Vilhelm Bitrix | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 fevral 1894[1] |
Doğum yeri | |
Vəfat tarixi | 19 aprel 1979 (85 yaşında) |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Üçüncü Reyx |
Xidmət illəri | 1932-ci ildən |
Rütbəsi | general |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilhelm Bitrix (26 fevral 1894[1], Verniqerode, Saksoniya-Anhalt – 19 aprel 1979),İkinci Dünya müharibəsi zamanı Alman SS Obergruppenführer və Waffen-SS generalı olmuşdur.
Almaniyanın Harz dağlarında yerləşən Verniqerode şəhərində anadan olmuş olan Bitrix Birinci Dünya müharibəsi zamanı zabit və hərbi pilot kimi xidmət etmiş və eyni zamanda Fraykorun üzvü olmuşdur. 1939-cu ildə 1-ci SS Panzer Diviziyası "Leibstandarte SS Adolf Hitler" diviziyasına və 1934-cü ildə isə SS-Verfügungstruppeyə qoşulmuşdur. 1939-cu ildə baş vermiş olan Polşa yürüşündə və 1940-cı ildəki Fransa yürüşündə Deutschland Alayına (Almaniya alayı) komandirlik etmişdir.
Daha sonralar isə 2-ci SS Panzer Diviziyası "Das Reich" diviziyasının komandanlığına gətirilmişdir. 1944-cü ilin sentyabr ayında Niderlandda baş tutmuş olan Niderland əməliyyatı zamanı (Market Garden əməliyyatı kimi də adlandırılır) həyata keçirilmiş olan hava hücumlarında Müttəfiqlər tərəfindən yaxşı xatırlanır. O, həmçinin 2-13 aprel 1945-ci il tarixləri arasında baş tutmuş olan Vyanaya hücum əməliyyatı zamanı şəhərin müdafiəsinə cəlb edilmiş olan Alman korpusuna komandanlıq etmişdir.
8 may 1945-ci ildə Waffen-SS zabiti kimi həbs edildikdən sonra o, Fransaya ekstradisiya edilmiş və burada 5 il həbs cəzasına məhkum edilmişdir. 1953-cü ildə isə ikinci dəfə mühakimə olunsa da, 1954-cü ildə Bordo Fransa məhkəməsi tərəfindən bəraət almışdır.
19 aprel 1979-cu ildə isə Bavariyanın Volfratshauzen şəhərində yerli xəstəxanada vəfat etmişdir.