Viktor Dubınin
Viktor Dubınin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1943 |
Doğum yeri |
|
Vəfat tarixi | 22 noyabr 1992 (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | tank qoşunları[d], Mexanikləşdirilmiş piyada |
Xidmət illəri | 1961-ci ildən |
Rütbəsi | Ordu generalı (Rusiya) (1992) |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Viktor Petroviç Dubınin (rus. Ви́ктор Петро́вич Дубы́нин; 1 fevral 1943, Martyuş[d], Sverdlovsk vilayəti – 22 noyabr 1992, Moskva) — Sovet və Rusiya hərbi xadimi. Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının 1-ci rəisi - Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini (1992-ci ilin may - noyabr), 40-cı Ordunun komandanı (1986-1987), Ordu generalı (1992). Rusiya Federasiyasının Qəhrəmanı (11 noyabr 2003, ölümündən sonra).
Həyatı
[redaktə | vikimətni redaktə et]Viktor Dubınin 1 fevral 1943-cü ildə Sverdlovsk vilayətinin Kamenski rayonunun Martyuş kəndində anadan olub. Hazırda Martyuş kəndi Sverdlovsk vilayətinin Kamenski şəhər rayonunun bir hissəsidir. Valideynlərinin ailəsi 1937-ci ildə məskunlaşmaq üçün oraya sürgün edilib. 1946-cı ildə[1] və ya 1948-ci[2] ildə onlar Kurqan vilayətinin Qalkinski rayonunun Riqa kənd sovetinin (indiki Kurqan vilayətinin Şumixinski bələdiyyə dairəsinin bir hissəsidir) doğma Bolşaya Riqa kəndinə qayıda bildilər.
1951-ci ildən kənddəki köhnə məktəbdə təhsil alıb. Böyük Riqa kəndində 9 sinfi bitirib, sonra məktəb səkkizillik təhsilə keçirilib. Lakin sonra məktəbdə axşam 10-cu sinif yaradıldı, 1961-ci ilin aprelində bağlandı. Bu səbəbdən o tam orta təhsil haqda attestatı Qalkino kəndində almaq məcburiyyətində qalıb.
Hərbi xidmətdə
[redaktə | vikimətni redaktə et]Viktor Dubınin 1961-ci ildən sovet ordusunda xidmətə başlayıb. 1964-cü ildə Blaqoveşensk (Amur vilayəti) şəhərində Uzaq Şərq Tank Məktəbini bitirib. O, Belorusiya SSR-in Borisov yaxınlığındakı Peçi şəhərində yerləşən Qvardiya tank hazırlığı diviziyasının tank hazırlığı alayının tank hazırlığı tağımına komandirlik edib. 1970-ci ilin sentyabrından - təlim tankının komandiri olub. 1971-ci ilin oktyabrından - 29-cu tank diviziyasının 32-ci tank alayının tank batalyonunun komandiri təyin edilib.
1973-cü ildə Moskvada Sovet İttifaqı Marşalı B.M.Şapoşnikov adına “Atış” Ali Zabitlər Kursunu bitirib. 1974-cü ildə R.Y.Malinovski adına Zirehli Qüvvələr Hərbi Akademiyasına daxil olub və 1978-ci ildə məzun olub. 1975-ci ilin avqustundan - Qərargah rəisi - 93-cü qvardiya tank alayının komandir müavini vəzifəsini yerinə yetirib. 1976-cı ilin avqustundan - 32-ci tank alayının komandiri olub. 1978-ci ilin yanvarından - diviziya komandirinin müavini, 1979-cu ilin dekabrından 1982-ci ilin fevralına qədər - Belarus Hərbi Dairəsində 8-ci Qvardiya Tank Diviziyasının komandiri təyin edilib.
1984-cü ildə SSRİ Silahlı Qüvvələri Baş Qərargahının K.E.Voroşilov adına Hərbi Akademiyasını bitirib və Qazaxıstan SSR-də Orta Asiya Hərbi Dairəsinin 32-ci Ordusunun komandirinin birinci müavini vəzifəsinə təyin edilib.
Əfqanıstan müharibəsində
[redaktə | vikimətni redaktə et]Dubınin 1984-1987-ci illərdə sovet hərbi kontingentinin Əfqanıstandakı 40-cı ordusuna komandir müavini, sonra isə komandiri vəzifələrinə təyin edilib. Onun orduya komandan olduğu illər ərzində qaytarılması mümkün olmayan itkilərin sayı (1984-1985-ci illərlə müqayisədə) 2 dəfə azalıb.[3] Dubınin itkilərin real rəqəmlərini gizlətmək kimi mövcud təcrübəyə qarşı çıxan komandirlərdən birincisi olub. O, ilk dəfə irimiqyaslı vertolyotların eniş taktikasını geniş şəkildə tətbiq edib. General ilk olaraq qoşunların komandanlıq və idarəetmə sisteminə kompüterləri daxil olunmasına nail olub.[4] Sovet-Əfqan müharibəsində “əfsanəvi komandir” titulunu qazanan general 3 il ərzində 159 uğurlu hərbi əməliyyata imza atıb.[5]
Son illəri
[redaktə | vikimətni redaktə et]Əfqanıstandan sonra Dubınin 1987-ci ilin iyunundan - Belarus Hərbi Dairəsində (Borisov) 7-ci Tank Ordusunun komandiri təyin edilib. 1988-ci ilin may ayından - Qərargah rəisi - Kiyev Hərbi Dairəsinin komandirinin birinci müavini olub. 1989-cu ilin iyun ayından - Polşa ərazisindəki Şimal Qüvvələr Qrupuna komandanlıq edib. 1945-ci ildən, II Dünya müharibəsindən sonra sovet qoşunlarının bir sıra xarici ölkələrdə yerləşdirilməsi çətin, mürəkkəb, əks qütbdə olan dövlətlərlə gərginlik yaradan hərbi siyasi prosedur olduğu kimi, sovet hərbi kontingentinin 1990-cı illərdə həmin ölkələrdən çıxarılması da kifayət qədər problemli olub. Belə problemlərdən biri də Polşada baş qaldırıb. SSRİ Silahlı Qüvvələri Ali Baş Komandanın 29 may 1945-ci ildə imzaladığı 11097 nömrəli direktivi ilə yaradılmış Şimal Qoşunları Qrupu məhz Polşa ərazisində dislokasiya olunub. Zaman-zaman Şimal Qoşunları Qrupunun şəxsi həyeti və texniki bazası daha da genişləndirilib. 1991-ci ildə bu qrupda 56 min hərbçi, 598 tank, 820 zirehli döyüş maşını, 354 artilleriya qurğusu, 300 təyyarə və 134 vertolyot olub və onlar Polşa ərazisində 59 qarnizonda yerləşiblər. Hərbçilərlə yanaşı, Şimal Qoşunları Qrupunda 7 min 500 mülki şəxs də xidmət edib.
1991-ci ilin oktybr ayında sovet qoşunlarının Polşa ərazisindən çıxarılması ilə bağlı tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən bu işin tam yekunlaşmasına iki il vaxt verilib. Razılaşmalar qarşılıqlı anlaşma şəraitində əldə olunsa da, sovet qoşunlarının Polşadan çıxarılması problemsiz ötüşməyib, hətta bu presedurun həyata keçirilməsi zamanı tərəflər arasında gərginlik və anlaşılmazlıq da yaranıb. Polşa rəhbərliyi Moskvadakı qarışıq siyasi mühitdən istifadə edərək sovet qoşunlarının çıxarılması zamanı böyük məbləğdə pul qazanmaq fikrinə düşüblər. Onlar hər bir hərbi eşelonun tranziti üçün 1 milyon dollar məbləğində vergi tələb ediblər. Belə şəraitdə və SSRİ-də hakimiyyət böhranının çətin vəziyyətində Viktor Dubınin Sovet hərbi birləşmələrinin Polşadan mütəşəkkil şəkildə Tver vilayətinə aparılmasının həyata keçirə bildi.
Rusiya Federasiyası Prezidenti Boris Yeltsinin 10 iyun 1992-ci il tarixli 613 saylı fərmanı ilə general-polkovnik V.P.Dubinin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi - Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini təyin edildi. Belə bir yüksək vəzifə üçün nisbi gənc olmasına baxmayaraq, o, özünü bacarıqlı və prinsipial rəhbər kimi göstərə bildi. Onun xidmətlərinə Rusiya Federasiyasının Prezidenti B.N.Yeltsini hərbi sahədə (bəziləri sonradan həyata keçirilib), ilk növbədə nüvə qüvvələri sahəsində bir sıra düşünülməmiş qərarlardan saxlamaq daxil idi. Müdafiə naziri Pavel Qraçov Dubinin təsiri altında idi.. Ona hörmətlə yanaşırdı və bütün qərarlarını onunla razılaşdırırdı.
Ömrünün son aylarında ona sürətlə inkişaf edən xərçəng diaqnozu qoyulub. P.Qraçevin təklifi ilə Rusiya Federasiyası Prezidentinin 5 oktyabr 1992-ci il tarixli fərmanı ilə V.P.Dubininə Ordu generalı hərbi rütbəsi verildi. O, Rusiya Federasiyasında bu hərbi rütbəyə layiq görülən üçüncü şəxs oldu. Müdafiə naziri onu xəstəxanada şəxsən ziyarət edib və ona yeni rütbəni təqdim edib.
Viktor Dubınin 22 noyabr 1992-ci ildə, 49 yaşında vəfat edib. O, hərbi şərəflə Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.[6]
11 noyabr 2003-cü ildə Dubıninə Əfqanıstandakı döyüşlər zamanı şəxsi şücaətinə və qoşunlara məharətlə rəhbərlik etdiyinə görə (ölümündən sonra) Rusiya Federasiyasının Qəhrəmanı adı verilib. Bir çox yerli[7] və xarici ölkələrin[8] mükafatlarına malikdir.[9]
Viktor Dubıninin Rusiyada xatirəsi əbədiləşdirilib. Onun adına küçələr[10] verilib, təhsil müəssisələri adlandırılıb,[11] medal və mükafatlar təsis edilib[12][13] xatirəsinə yarışlar keçirilir[14] və heykəlləri,[15] qoyulub.
Hərbi rütbələri
[redaktə | vikimətni redaktə et]- mayor (fevral 1973, vaxtından əvvəl)
- general-mayor (dekabr 1982)
- general-leytenant (may 1987)
- general-polkovnik (30.06.1990)
- ordu generalı (5.10.1992)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "К 70-летию генерала Дубынина. Односельчане гордятся выдающимся генералом". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-30.
- ↑ Курган и курганцы № 8 23.01.13 — Анатолий Кузьмин: Генерал из Большой Риги
- ↑ "Структура потерь советских войск в Афганской войне 1979—1989 годов". 2012-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
- ↑ "Лица Зауралья. ДУБЫНИН Виктор Петрович". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-11.
- ↑ Кокошин А. А. О революции в военном деле в прошлом и настоящем // Отечественные записки. — 2005. — № 5. — С. 55—65.
- ↑ "Могила В. П. Дубынина". 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-02.
- ↑ "Дубынин Виктор Петрович". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.
- ↑ Московченко О. Из когорты выдающихся стратегов. // Красная звезда. — 2023. — 30 января. — С. 10.
- ↑ Информация о награждении в ОБД «Память народа» Arxivləşdirilib 2023-02-07 at the Wayback Machine.
- ↑ "Ранее безымянная улица в Кургане, на которой стоит «путинская школа», названа в честь прославленного генерала". 2016-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-26.
- ↑ "В Красноярске открыт музей Героя России генерала армии Виктора Дубынина". 2018-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
- ↑ "В Шумихинском районе учреждена памятная медаль имени Героя Российской Федерации Виктора Петровича Дубынина". 2016-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-25.
- ↑ "Вести. Ru: В Москве вручают ежегодную премию генерала Дубынина". 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-30.
- ↑ В Каргапольском районе определили лидеров турнира по военно-прикладному многоборью памяти Героя России В. П. Дубынина.
- ↑ В городе Каменск-Уральский Свердловской области открыт памятник генералу Дубынину
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Военная энциклопедия в 8 томах. Под ред. П. С. Грачёва. Издат-во Министерства обороны РФ. Москва, 1994—2002. — Том 3:"Д"—"Квартирьер", 1995. — ISBN 5-203-00748-9. — С.136.
- Повесть о настоящем генерале: Генерал армии В. П. Дубынин в воспоминаниях друзей и сослуживцев. — М.: ГЖО «Воскресенье», 2003. — 192 с.
- Окороков А. Секретные войны СССР. Самая полная энциклопедия. — Москва: «Яуза», «Эксмо», 2015. — ISBN 978-5-699-67679-8. — С.702—703.
Sənədli filmlər
[redaktə | vikimətni redaktə et]- «Повесть о настоящем командарме. Виктор Дубынин», 2011 год, режиссёр: Игорь Серебряков, выпущено телеканалом «Россия»
- «ПРИКАЗЫВАЮ ЖИТЬ, ДУБЫНИН», 2013 год, режиссёр: Дмитрий Ушаков, выпущено телеканалом «Россия»
- «Легенды армии — Виктор Дубынин», 2016 год, режиссёр: Ирина Смирнова, производство/телеканал: ООО «ГАЛА КОНЦЕРТ» по заказу ОАО "ТРК ВС РФ «Звезда»
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 1 fevralda doğulanlar
- 1943-cü ildə doğulanlar
- Sverdlovsk vilayətində doğulanlar
- 22 noyabrda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının məzunları
- Zirehli Tank Qoşunları Hərbi Akademiyasının məzunları
- Blaqoveşnsk Ali Tank Komandanlıq Məktəbinin məzunları
- Rusiya Federasiyasının qəhrəmanları
- "Qırmızı bayraq" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni kavalerləri
- II dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni kavalerləri
- III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni kavalerləri
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələri veteranı" medalı ilə təltif edilənlər
- "Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Bayraq" ordeni kavalerləri (Əfqanıstan)
- "Beynəlmiləlçi döyüşçüyə" döş nişanı ilə təltif edilənlər
- "Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər