Vikipediya:Türk marafonu 2021
Naviqasiyaya keç
Axtarışa keç
Qaydalar
- Vikipediyada qeydiyyatdan keçmiş bütün istifadəçilər müsabiqədə iştirak edə bilərlər.
- Məqalə Azərbaycan haqqında olmamalıdır. (müsabiqədə iştirak edən digər dillərdə bu şərt olmaya bilər)
- Müsabiqədə aşağıdakı şərtlərə uyğun gələn məqalələr buraxılır:
- Yeni yaradılan məqalə ən azı 250 sözdən və 3000 baytdan ibarət olmalıdır.
- Əvvəllər yaradılmış məqaləni genişləndirmək istəyən istifadəçi məqaləyə ən azı 150 söz və 1500 bayt məlumat əlavə etməlidir.
- Yaradılan məqalə ensiklopedik əhəmiyyətə malik olmalı və istinadlarla təmin olunmalıdır.
- Məqalənin qəbul olunması üçün ən az 2 etibarlı mənbədən istifadə olunmalıdır.
- Əvvəllər yaradılmış məqaləni genişləndirmək istəyən istifadəçi də həmçinin məqaləyə ən az 2 etibarlı mənbədən istifadə edərək əlavələr etməlidir.
- Məqalədə etibarlı mənbələrə istinadlar olmalı və çatışmazlıqlar barədə şablonlar (məsələn, {{orijinal tədqiqat}}, {{mənbə azlığı}}, {{tərəfli}}) və s. olmamalıdır.
- Siyahılar, şablon və kateqoriyalar müsabiqəyə qəbul edilmir. Siyahı daxilində mətn olarsa və yuxarıdakı şərtlərə cavab verərsə bu zaman qəbul olunacaqdır.
- Botların istifadəsi qadağandır və iştirakçı buna görə müsabiqədən kənarlaşdırıla bilər.
- Təşkilatçılar və Jüri üzvləri müsabiqənin iştirakçısı ola bilməzlər.
- Yaradılan məqalələr iştirakçılar tərəfindən yuxarıda göstərilən Məqalə əlavə et düyməsindən istifadə etməklə siyahıya əlavə edilməlidir.
- Xalların hesablanması aşağıdakı qaydalara uyğun olaraq aparılır:
- Məqalə keyfiyyətinə görə 2 xallıq sistemlə qiymətləndirilir.
- Yalnız yeni yaradılmış məqalənin həcminə görə əlavə olaraq +1 bonus xalı verilə bilər.
Məqalə siyahısı
İştirakçılar
Hədiyyələr
"Türkdilli vikimediyaçılar" istifadəçi qrupu qalibləri qiymətli hədiyyələrlə mükafatlandıracaq.
- Birinci yer : - 200 AZN dəyərində Kapital Bank hədiyyə kartı hədiyyə - Nuray95
- İkinci yer : - 150 AZN dəyərində Kapital Bank hədiyyə kartı hədiyyə - Rövşən İşık
- Üçüncü yer : - 50 AZN dəyərində Kapital Bank hədiyyə kartı hədiyyə - Sura Shukurlu
Qeyd:
- Hədiyyə kartı Kapital Bankın POS-terminalları quraşdırılan xidmət nöqtələrində keçərlidir
- Məbləği Kapital Bankın bankomatlarından nağdlaşdırmaq mümkündür
- Hədiyyə kartı ilə BirBankda qeydiyyatdan keçmək, kartı BirBanka əlavə etmək mümkündür
- Hədiyyə kartı ilə BirBankda ödənişlər etmək mümkündür
Təşkilatçı
Jüri üzvləri
Faydalı keçidlər
- Müsabiqənin beynəlxalq səhifəsi
- Suallar üçün e-mail ünvanı: info@wikimedia.az