Volvoks
Volvoks | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Volvoks |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Volvoks — ilk olaraq mikroskopun kəşfçisi olaraq xatırlanan Antonie van Leeuwenhoek tərəfindən 1700-cü ildə kəşf edilmiş bir orqanizmdir.
Təsviri
[redaktə | mənbəni redaktə et]Təməl olaraq Bitkilər Aləmində yer alan volvoks bir koloniya cinsinin ümumi adıdır. Volvoks koloniyasının Triasik dövründə, günümüzdən 200 milyon il əvvəl təkamülləşdiyi düşünülür. Bu səbəbdən əslində bibaşa tək hüceyrəlilikdən çox hüceyrəliliyə əsas keçidlərdən birinin qəhrəmanı deyil, amma bu həm də tək hüceyrəliliyin volvoks oxşarı bir tipdə çox hüceyrəliliyə keçə biləcəyini göstərir.
Volvoksun bu qədər məşhur olmasının səbəbi, tək hüceyrəli bitkilərin çox hüceyrəli bitkilərə təkamülünü modelləşdirən bir cins olmasıdır. Koloniya içərisindəki hər bir hüceyrə, bir yaşıl algdır. Volvox koloniyası, tək bir koloniya içərisində 5000 hüceyrə saxlaya bilir. Qlobal bir həndəsəyə sahib koloniyanın xarici mühitlə təmas edən hüceyrələri, hərəkət mövzusunda xüsusiləşmişdir. İç hissəsindəki hüceyrələrdə bu xüsusiyyət müşahidə olunmur. İç hissədə qalan hüceyrələrin isə iki təməl vəzifəsi var: Bir qrup hüceyrə, metabolik fəaliyyətlərin davam etdirilməsi mövzusunda xüsusiləşmişdir, bir başqa qrup isə artım hüceyrələri kimi vəzifə yerinə yetirməkdədir. Üstəlik volvoks koloniyaları tək cinsiyyətli və ya cüt cinsiyyətli olurlar, yəni erkək volvoks koloniyası erkək artım hüceyrələri istehsal edərkən, dişilər yumurtalar qoyur.
Təkamül
[redaktə | mənbəni redaktə et]Volvoks koloniyasının 45 fərqli növü var və bu növlər üzərində edilən detallı araşdırmalar çox maraqlı bir tapıntını ortaya çıxarmışdır: Bir hüceyrənin, ən azı yaşıl alglerin tək hüceyrəlidən çox hüceyrəliliyə təkamülləşməsi 35 milyon il qədər davam edib. Bu, Kembri partlayışı əvvəli, anı və sonrası haqqında əhəmiyyətli məlumatlar verir. Müddət heç də məhdud deyil. Çoxhüceyrəlilik, Kambri əvvəli dövrdə başlamışdır. Kambri Partlayışında isə yalnız yüksək sürətdə təkamül radiasiyası baş vermişdir.