Vəzifələr magistrı
Vəzifələr magistrı (lat. magister officiorum, yun. μάγιστρος τῶν ὀφφικίων) — Roma imperiyasında ən yüksək mülki məmur titullarından biri. Bizansda sonda sadəcə böyük bir fəxri titula çevrilmiş və magistr (άγάγιστρος) adlanmışdır.[1][2] XII əsrdən etibarən mövcudiyyətini itirmişdir.[3]
Vəzifələr magistrı saray idarəsinə rəhbərlik edirdi (xüsusən də saray işçilərinin cinayətlərini mühakimə etmək hüququna malik idi). İmperator idarəsinə tabe idi, imperatorun adına göndərilən ərizə və şikayətləri ayırd edirdi. O, sarayın ali inzibatçısı kimi elçilərin qəbuluna nəzarət edirdi və "bütün dillərdən tərcüməçiləri"nə rəhbərlik edirdi. İdarə rəisinin tabeliyində olanlar arasında məxfi xidmətlər və imperatorun şəxsi mühafizəsi də var idi.
Bundan əlavə, vəzifələr magistrı silah (qalxanlar, oxlar, mərmilər, atıcı maşınlar və digər silahlar) istehsalı fabriklərinə və dövlət nəqliyyat sistemi olan "cursus publicus"a nəzarət edirdi.[4][5][6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ODB, "Magister officiorum" (A. Kazhdan), p. 1267
- ↑ Bury, 1911. səh. 29–32
- ↑ ODB, "Magister officiorum" (A. Kazhdan), p. 1267; "Vestes" (A. Kazhdan), p. 2162
- ↑ Boak, Dunlap, 1924. səh. 34
- ↑ Jones, 1964, Vol. I, pp. 128-29, 369
- ↑ Purpura, 1973. səh. 181-183