Ulm Kafedralı
Ulm Kafedralı | |
---|---|
Ulmer Münster | |
48°23′55″ şm. e. 9°59′33″ ş. u.HGYO | |
Ölkə | 🇩🇪 Almaniya |
Şəhər | Ulm |
Yerləşir | Münsterplatz 1 |
Layihə müəllifi | Heinrich Parler |
Tikilmə tarixi | 1392 - 31 may 1890- ci il |
Üslubu | Sonderqotik |
Hündürlüyü | 161,53m və ya 162 |
Uzunluğu | 123.56 m |
Eni | 48,8 m |
Sahəsi | 6 min m2 |
Qüllələri | 1 |
Bürcləri | 2 |
Rəsmi sayt | ulmer-muenster.de |
Vikianbarda əlaqəli mediafayllar |
Ulm Kafedralı (alm. Ulmer Münster) — Almaniyanın Ulm şəhərində (Baden-Vürtemberq) yerləşən dünyanın ən hündür kilsəsi. Əsası XIV əsrin sonlarında qoyulmuşdur. 300 illik fasiləyə baxmayaraq XIX əsrdə tamamlanmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ulmdakı kilsə 1377-ci ildə Cənubi Alman Qotik ustası Heinrich Parlerin verdiyi layihə əsasında tikilmişdir. Baş qüllədən başqa kafedral tamamı ilə kərpicdəndir. O həm də dünyanın ən böyük kərpic binalarindan hesab olunur.
162 metr hündürlükdə olan qumdaşı qülləsini, 1392-ci ildə tikintiyə rəhbərlik edən Ulrix Enzinger layihələndirmişdir. 1405-ci ildə nefin tikintisi başa çatdıqdan sonra kafedral təhvil verilir. Lakin yan sütunlar tağların ağırlığın tab gətirə bilmədiyi üçün məbədin tikintisi dayandırılır.
1530–1543-cü illərdə kilsə lüteranlarin əlinə keçdikdən sonra tikinti yenidən başladı və qüllənin hündürlüyü 100 metrə çatdı. Lakin sonralar maliyyə problemlərinə görə tikinti dayandırıldı.
1817–1890-cı illərdə kafedral tamamlandı. 1856-cı ildə kilsəyə Eberhard Walker orqanı quraşdırildı. Bu orqan o dövr üçün həm ən böyük, həm də texniki cəhətdən ən yaxşısı idi.
1944-cü ilin dekabrında kilsənin qarşısında ki meydanı və şəhərin tarixi mərkəzinin 80%-ni dağıdan partlayış nəticəsində kilsə demək olar ki, zərər görmədi.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Kilsənin daxili dekorasiyası Ulm sənət məktəbinin Mulcher və Sirlin kimi ustalarına məxsusdur.
Kafedralın əsas qülləsinin hündürlüyü 161,53–161,70 metrdir. Kilsəyə gələn ziyarətçilər qüllənin zirvəsinə qədər qalxa bilirlər. Yoxuş son dərəcə dar, daş spiral pilləkənlər boyunca həyata keçirilir. Yaxsi havalarda Alp dağlarının Zugspitze və Säntis dağlarının panoramik mənzərəsinə tamaşa etmək olar. Kafedralın tutumu 20 minə qədərdir. 2 minə yaxın isə oturacağı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]https://www.ulmer-muenster.de/