Uesli So
Uesli So | |
---|---|
ing. Wesley Barbasa So | |
Ölkə |
Filippin ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Filippin |
Titulu | qrosmeyster |
Son reytinqi | 2794 (sentyabr 2016) |
Maksimal reytinqi | 2794 (sentyabr 2016) |
FİDE nömrəsi | 5202213 |
wesleyso.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Uesli So (9 oktyabr 1993, Filippin) Amerikanı təmsil edən Filippin qrosmeysteri. 2008-ci ilin oktyabrında 2600-ü keçən ən gənc şahmatçı oldu. 2015-ci ildə Millionaire Chess Opendə qalib gəlməsi və 2015-ci ildə Tata Steel Chess turnirində ikinci olması onu reytinq siyahıda yuxarıya daşıdı. Üç dəfə Filippin Çempionu olmuşdur. 2009-cu ildə keçirilən Şahmat üzrə Dünya Kubokunda 16 yaşlı şahmatçı dördüncü raunda qədər mübarizə apardı. 9 oyundan 6.5 xal toplayaraq Asiya Çempionatında ikincilik ilə növbəti Dünya Kubokuna vəsiqə qazandı. 2011-ci ilin iyul ayında yenidən ölkə çempionu olur. Zona 3.3-də oynaraq ikinci yer ilə 2013 Dünya Kubokuna vəsiqə qazanır. Daha sonra Reykjavik Opendə birinci yeri bölüşdürür. So həmçinin 2013 Kazan yay Universiadasının qalibidir. O, həmçinin Kapablankanın xatirəsinə keçirilmiş yarışın qalibi olmuşdur. 2014-cü ilin noyabr ayından etibarən So ABŞ-ni təmsil edir.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Wesley So. 365chess.com (ing.)
- Wesley So. fide.com (ing.)
- Wesley So. chessgames.com (ing.)
- Wesley So. chess.com (ing.)