Ubort
Ubort | |
---|---|
Ölkə | |
Mənsəbi | Pripyat çayı |
Uzunluğu |
|
Su sərfi | 23 m³/s |
Hövzəsinin sahəsi | 5.820 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Ubort (ukr. Уборть; belar. Убарць) ― Ukraynanın Jitomir vilayəti və Belarusun Qomel vilayətindən axan çay. Ubort Dnepr çayı hövzəsinə daxil olan Pripyatın sağ qoludur.[1] Çay 292 kilometr (181 mil) uzunluğuna və 5820 km² drenaj hövzəsinə malikdir.[2]
Su rejimi
[redaktə | mənbəni redaktə et]Ubort daha çox yazda dağlardakı qarın əriməsi (~70%) və buzlaqlar ilə qidalanır. Buna görə çayın bolsulu dövrü əsasən martın ortalarından mayın əvvələrinə qədərdir. Ubort noyabrın ortalarında və ya yanvarın sonlarında dona bilir və buz fevralın və ya aprelin ortalarında əriyir.
Hövzəsi
[redaktə | mənbəni redaktə et]Ubort Jitomir vilayətindəki[3] Andreyeviçi kəndinin cənubundakı təpələrdən başlayır. Çay 222 metr yüksəkliyindəki Simoni təpələrindən qərbə və 225 metr yüksəkliyindəki Marinivka təpələrindən şimal-şərqə doğru axan bir neçə kiçik çaydan başlanğıc götürür.
Ubortun əsas qolları ona Ukrayna ərazisində (51°24′00″ şm. e. 027°52′57″ ş. u.HGYO) 67 km uzunluğundakı Perqa (rus. Перга) və çaya Belarusiyada (51°42′55″ şm. e. 028°17′28″ ş. u.HGYO) tökülən 58 km uzunluğundakı Svidovetsdir (rus. Свидовець).[4]
292 kilometr uzunluğundakı çayın düşməsi cəmi 87 metrdir. Nəticədə çay menadrlar yaradaraq axır və hövzəsində çox sayda bataqlıq və axmaz göl mövcuddur. Ubortun drenaj hövzəsinin sahəsi 5820 km²-dir. Çayın mənsəbində suyun orta illik axını saniyədə 244 kubmetrdir.
Tarix
[redaktə | mənbəni redaktə et]Çayın adı latın dilindəki 1412 sorğu sənədində Hubort kimi qeyd edilmişdir. On yeddinci və on səkkizinci əsrlərə aid bəzi xəritələrdə isə çayın adı Olevsk (Olevskaya) göstərilir. Ubort adının mənşəyi qaranlıqdır, lakin bal arıları üçün süni, içi boş ağacların hazırlanmasında istifadə olunan lövhələrin (ubort) istifadəsi ilə əlaqəli olduğu düşünülür.[5]
1941-ci ilin iyulunda Olevsk qəsəbəsindən olan 30–40 yəhudi Ubort çayına gətirilərək alçaldıldı və işgəncə edildi. Bəziləri isə talanda öldürüldü.[6]
Çay Çernobıl faciəsi zamanı çirklənmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Słownik geograficzny Królestwa Polskiego. "Uborć" (polyak). XII. 1892. səh. 734. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29. (#empty_citation)
- ↑ Уборть Arxivləşdirilib 2022-09-23 at the Wayback Machine, Böyük Sovet Ensiklopediyası
- ↑ Andreyevichi (Approved) GEOnet Names Server-də., United States National Geospatial-Intelligence Agency
- ↑ "Słownik geograficzny Królestwa Polskiego. "Świdówka (Svidovets of the Dnieper)"" (polyak). 1890. səh. 649. 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
- ↑ ZHUCHKEVICH, Vadim Andreevich. Краткий топонимический словарь Белоруссии (rus). 1974. OCLC 749097432.
- ↑ McBride, Jared. "Ukrainian Holocaust Perpetrators Are Being Honored in Place of Their Victims". The Tablet. 20 iyul 2016. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2016.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Khvagina, T. A. Polesye: from the Bug to the Ubort' (belarus, rus, və ingilis). Minsk: Vysheysha shkola. 2005. ISBN 985-06-1153-7.
- Gerlach, Thomas. Ukraine: Zwischen den Karpaten und dem Schwarzen Meer (Ukraine: Between the Carpathians and the Black Sea) (alman). Berlin: Trescher. 2009. ISBN 978-3-89794-152-6.