46°33′50″ şm. e. 23°40′45″ ş. u.HGYO

Turda dərəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Turda dərəsi
rum. Cheile Turzii, mac. Tordai-hasadék
Yerləşməsi
46°33′50″ şm. e. 23°40′45″ ş. u.HGYO
Ölkə  Rumıniya
Turda dərəsi xəritədə
Turda dərəsi
Turda dərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Turda dərəsi (rum. Cheile Turzii, mac. Tordai-hasadék) ― Rumıniyanın Transilvaniya bölgəsində yerləşən dərə. Kluj-Napoka şəhərindən 15 km cənub-şərqdə, Turda şəhərindən isə 6 km qərbdədir. Turda dərəsi qorunan təbiət ərazisidir.

Kanyon formalı bu dərə yura yaşlı əhəng daşlarınındağ süxurlarının eroziyası nəticəsində formalaşmışdır. Dərədə əsas çay Haştade çayıdır. Dərə uzunluğu 2,9 km-dir. Dərə divarlarının hündürlüyü bəzən 200-300 metr arasında dəyişir. Tura dərəsinin ümumi sahəsi 324 hektardır. Turda dərəsində Rumıniyanın ən zəngin və əsrarəngiz karst landşaftı formalaşıb. Bu bölgə həm də zəngin bitki və heyvanat aləminə malikdir. Bəzi növlər nəsli kəsilmək üzərdir. Məsələn yabanı sarımsaq və bir neçə qartal növü. Ərazi neolit dövründən insan məskəni olmuşdur.[1]

Qoruq ərazisində 1000 dən çox bitki növünə rast gəlinir. Bunlardan Allium obliquum , Dianthus integraripetalus , Viola jobi və s. misal göstərmək olar.

67 quş növü var. Kəpənəklər (Eublema, Heterogynis, Dysauxes, Phsybalopterix və s.) geniş yayılıb. Balıqamfibiyara da üstünlük təşkil edir. Məməli heyvanlardan tülkü, gəlincik, dələ, çöl donuzu və s. misal göstərmək olar.

Qoruq ərazisində 60 yaxın mağara mövcuddur. Mağaraların hamısı kiçik ölçüdədir. Ən böyüyünün uzunluğu 120 metrdir.[2]

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Turda dərəsi yaxınlığında digər iki kanoyon yerləşir: Cheile Turului və Cheile Borzești. Həmçinin ərazidə populyar olan Ciucaș şəlaləsi burada yerləşir. Turda dərəsi Rumıniyanda qayaya dırmanma idmanı həvəskarlarının sevimli yeridir. Bölgə 1938-ci ildən qorunan ərazi elan edilmişdir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin IV katerqoriyasına daxildir.

  1. Violeta Nicula, p. 64
  2. Турда, дата свидания , Виолета Никула, Эдитура Триада, паг. 64-66