Trolleybus
Trolleybus | |
---|---|
ing. trolleybus | |
| |
İcadı | Elektrik mühərriki, 18 may, 1881, Almaniya |
İstismarı | 29 aprel, 1882–h.h. |
Sürəti | 120 km/saat |
Tətbiqi | Sərnişin daşıma |
İnfrastrukturu | Elektrik şəbəkəsi, avtomabil yolu |
Trolleybus — şəhərdaxili sərnişin daşınmasında istifadə olunan elektriklə işləyən ekoloji cəhətdən ən təmiz relssiz nəqliyyat vasitəsi. Trolleybus tramvay kimi xüsusi elektrik yol cığırı ilə hərəkət etsə də ondan adi avtobuslardakı kimi şin təkərlərə malik olması və relslərə ehtiyac olmaması ilə fərqlənir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Neyologizm sözlərdən olan trolleybus ing. trolley + bus kəlmələrinin birləşməsindən yaranmışdır. Amerikan ingiliscəsində "trolley" "tamvay vaqon" deməkdir. Digər bir versiyaya görə "trolley" elektriklə hərəkət edən mənasını kəsb edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Dünyada
[redaktə | mənbəni redaktə et]İlk trolleybus Almaniyada Verner fon Simens tərəfindən İngiltərədə yaşayan qardaşı doktor Vilhelm Simensin 18 may 1881-ci ildə Kral Elmi Cəmiyyətində[1] irəli sürmüş olduğu ideyası əsasında icad edilmişdir. O, elektriklə hərəkət edən mexanizmə malik səkkiz təkərli arabanı müvafiq paralel elektrik xətti boyunca, ondan qəbuledici paralel ştanqalar vasitəsilə cərəyan alaraq hərəkətinə nail olmuşdur. İlk dəfə Berlində 1882-ci ilin 29 aprelindən 13 iyununa qədər 540 metrlik məsafədə fəaliyyət göstərmiş eksperimental trolleybus məhz "Siemens & Halske" firmasına məxsusdur.[2]
1882-ci ildə ABŞda belçikalı Şarl Van Depule "qəbuledici ştanqı" öz adı ilə patentləşdirir. Spreyq Frenk Culian 1888-ci ildə daha etibarlı "qəbuledici ştanq" hazırlayaraq tramvaylara tətbiq edir. Trolleybuslara isə Spreyqin "qəbuledici ştanqı" 1909-cu ildə bu günümüzədək tətbiq edilir.[3]
SSRİ dövründə ilk trolleybus xətti 1933-cü ildə Moskvada çəkilmişdir. İlk sovet trolleybusu LK-1 (Lazer Kaqanoviçin şərəfinə adlandırılmış) maşınları sayılır.
Azərbaycanda[4]
[redaktə | mənbəni redaktə et]Azərbaycanda ilk trolleybus istismarına Bakıda 1941-ci ildə başlanılmış, 7,5 km-lik xəttə 15 trolleybus fəalliyət göstərmişdir. Trolleybus marşrutları ilk olaraq Neftçilər prospektindəki, Üzeyir Hacıbəyov və indiki İsiqlaliyyət küçəsindəki tramvay xətlərini əvəz edir. Trolleybus nəqliyyatının inkişafı 1960–1970-ci illərdə geniş vüsət almış və 1990-cı illərə qədər davam etmişdir.
1, 3, 4, 5, 8а 8b №-li marşrutlar şəhər daxilində fəaliyyət göstərmişlər. Bunlardan 8а 8b №-li trolleybuslar dairəvi marşruta malik olmuşdur. 1980-ci ildə trolleybus xəttlərinin uzunluğu 300 km olmuşdur. 70-ci illərdə trolleybus marşrutları şəhərətrafı mikrorayonlara qədər hətta Şıx çimərliyinə qədər gedib çıxır. 80-ci illərdə 20№-li trolleybus marşrutu 8-ci km, Əhmədli, Zığ massivlərini əhatə etmiş olur. 30 №-li marşrut isə Dəmiryol vağzalı ilə hava limanı arasında fəaliyyət göstərmişdir. 70-ci illərdə 10, 80–90-cı illərdə 32 marşruta malik Bakı trolleybus nəqliyyatı getdikcə azalaraq 6-ya enmişdir. 2004-cü ildə qeyri-rentabilliyinə görə tamamilə ictimai nəqliyyatdan silinmişdir. Bakıda istismara buraxılan ilk trolleybus modeli naməlumdur. Bunun MTB-62 olması güman edilir. 60-cı illərdə Bakıda LAZ-695B avtobusu bazasında BTL-62 trolleybus modelinin istehsalına başlanılır. 1960-cı ilin sonllarında istismar üçün marşrutlara Çexoslovakiya istehsalı olan Škoda 9Tr, 1979-cu ildən isə Škoda 9TrH, 1980-ci illərdə SSRİ istehsalı olan ZiU-9, 1982-ci ildən isə ÇSSR istehsalı olan Škoda 14Tr modelləri buraxılır.
Trolleybus sistemləri beş şəhərdə mövcuddur: Bakı, Gəncə, Mingəçevir, Naxçıvan və Sumqayıtda. Bunlardan Bakı sistemi ən erkən, 1941-ci ildə açılmış və maksimum 360 avtomobili və 30 marşrutu ilə ən böyüyü idi. Beş sistemin hamısı 2000-ci illərdə sağ qaldı, lakin onların hamısı həmin onillikdə bağlandı, sonuncu bağlanan sistem isə 2006-cı ildə Bakı və Mingəçevir sistemləri oldu.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ TWENTY-SECOND ORDINARY MEETING // Journal of the Society of Arts. — 1881. — Vol. XXIX. — P. 567, 574.
- ↑ "Pictures of the Future – Spring 2009" (ingilis). Siemens. 2011-08-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-01.
On April 29, 1882, Werner Siemens drove the Elektromote — an electrically powered carriage — along a 540-m test track in Halensee near Berlin. Siemens' invention was not only the first electric vehicle, but also the world's first trolley bus.
- ↑ Личности в истории развития городского электрического транспорта Arxivləşdirilib 2011-10-11 at the Wayback Machine (rus.)
- ↑ "Бакинский транспорт (rus.)". 2010-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-25.