Treçento
Treçento (it. trecento - hərfi mənada üç yüz, eləcə də 1300-cü illər) - XIV əsr incəsənətinin İtalyan dilində qəbul edilmiş adı.
İncəsənət və mədəniyyət tarixində "treçento" termini italyan intibah incəsənətinin müəyyən dövrünü - protorenessansı təsvir etmək üçün istifadə edilir. Treçento dövrünün aparıcı bədii incəsənət növü rəssamlıq idi: buna ən tipik nümunə kimi Siena rəssamlıq məktəbini göstərə bilərik. Bu dövrdə görkəmli florensiyalı, realistik cərəyanın banisi Cotto di Bondone də fəaliyyət göstərirdi.
Treçento ədəbiyyatında humanizmə dönüş baş verdi: Dante, Petrarka, Bokkaçço yaşayıb yaradırdılar.
"İntibah" prosesləri həmçinin italyan musiqisində də baş verirdi. Tarixçilər bu dəyişiklikləri həmin dövrdə Fransadakı proseslərlə birləşdirərək "Ars nova" adlandırırlar.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Жуковский В. И. Искусство Возрождения: учебное пособие. Красноярск: Краснояр. гос. ун-т. 2006. ISBN 5-7638-0663-8.