Telekörpü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Telekörpü anlayışına aid illustrasiya

Telekörpüyunanca τῆλε "uzaq" və azərbaycanca "körpü" sözlərinin birləşməsindən əmələ gələn, televiziya və peyk texnologiyaları sayəsində ikitərəfli video və audio əlaqənin bir növüdür. Telekörpü əlaqəsi telekommunikasiya tipli bağlantılardan biridir. Bu əlaqə növü XX əsrdə yaranmışdır. Əsasən iki müxtəlif dövlətin televiziya kanalları arasında reallaşan telekörpülər müasir dövrümüzdə də çox məşhurdur.

Məşhur telekörpülər

[redaktə | mənbəni redaktə et]
  • 1962-ci ilin 23 avqust tarixində dünyada ilk dəfə olaraq telekörpü əlaqəsi yaradılmışdır. Bu telekörpü Avropa-ABŞ adlanırdı.
  • 1982-ci ilin 5 sentyabr tarixində ilk dəfə olaraq SSRİABŞ arasında "Moskva-Los-Anceles" adlanan telekörpü baş tutdu. Bu telekörpü Los-Anceles şəhərində keçirilən "Biz" (ingiliscə. we) adlanan tədbirinin gedişi zamanı reallaşdı. ABŞ tərəfindən sözügedən telekörpünü yaratmaq təşəbbüsünü Stiv Voznyak, SSRİ tərəfindən isə məşhur ssenarist İosif Qoldin irəli sürmüşdü. SSRİ tərəfdən "Moskva-Los-Anceles" telekörpüsünə rejissorluğu Yuli Qusman edirdi.
  • 1986-cı ilin yanvar ayında "Leninnqrad-Sietl (ABŞ)" telekörpüsü keçirilmişdi.
  • 1986-cı ilin 28 iyun tarixində LeninnqradBoston (ABŞ) şəhərləri arasında "Qadınlar qadınlar ilə danışırlar" adlı telekörpü keçirilmişdi. SSRİ tərəfindən aparıcı Vladimir Pozner, ABŞ tərəfindən isə Fil Donaxyu idi.
  • 1988-ci ilin 31 mart tarixində MoskvaKiyev arasında tarixdə çox məşhur olan telekörpü keçirildi. Bu telekörpü zamanı Moskvada olan məşhur psixoterapevt Anatoli Kaşpirovski Kiyevdə əməliyyatda olan qadının ağrılar və sancılar keçirməməsi üçün onunla xüsusi metodla danışaraq əməliyyatın narkoz olmadan keçirilməsinə yardım etmişdir.