Tambomaçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tambomaçay

Tambomaçay (Tambomachay, keçua Tampumachay, tanpu mach’ay — hərfən "dinclik, istirahət yeri, kurort")Peruda Kusko yaxınlığında arxeoloji abidə. Su kultuna həsr edilib, Böyük İnka burada dincəlməyi sevirdi. Abidə həm də İnklərin hamamları adlanır (Balneario Inca). Bir sıra akvedukdan, kəhrizdən və qayalardan süzülən müxtəlif su kaskadlarından ibarətdir. Əsas kaskaddan inklər ölçülərinə görə iki tamamilə eyni kaskad yaradıblar: əgər hər ikisinə eyni vaxtı boş su butulkaları qoyulsa, onlar eyni vaxtı dolur. İnklərin vaxtında burada, xüsüsi ilə bunun üçün yaradılan qəliz kəhrizlər sistemi vasitəsilə suvarılan padşah bağları yerləşirdi. Buradaca Antisuyudan gələnlər üçün nəzarət məntəqəsi vardı.