Tamaş Major
Tamaş Major | |
---|---|
mac. Major Tamás | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1910[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 aprel 1986[1][2] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1941-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Tamaş Major (26 yanvar 1910[1], Uypeşt[d], Macarıstan krallığı – 13 aprel 1986[1][2], Budapeşt) — Macar aktyoru, rejissor və ictimai xadim. Mac. XR xalq artisti (1950). Koşud mükafatı laureatı (1948, 1955). 1942-ci ildən Macarıstan Sosialist Fəhlə Partiyasının (MSFP) üzvü, 1957–1966-cı illərdə MK üzvü. 1945–1962-ci illərdə Budapeştdəki Milli teatrın direktoru olmuşdur; 1962-ci ildən teatrın baş rejssorudur.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Yaradıcılığında macar mütərəqqi realist teatrı ənənələrinə və K. S. Stanislavski sisteminə əsaslanır. Rolları; İvan Vasilyeviç ("İvan Vasilyeviç" M. Bulqakov), Lütsifer ("İnsanın faciəsi", İ. Madaç), Yaqo ("Otello", V. Şekspir) və b. "Bankban" (J. Katona). "Düşmənlər" (M. Qorki), "Sezuanlı mehriban adam" (B. Brext) və s. əsərləri tamaşaya qoymuşdur. 1941-ci ildən kinoya çəkilir. Pedaqoji fəaliyyət göstərir (1947-ci ildən prof.)[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Tamás Major // filmportal.de. 2005.
- ↑ 1 2 Tamás Májor // Berlin İncəsənət Akademiyası. 1696.
- ↑ Azərbaycan Sovet Ensiklopediyası. VI. Bakı. 1982. səh. 308.