Tatyana Zatulovskaya
Tatyana Zatulovskaya | |
---|---|
rus. Татьяна Затуловская | |
| |
Ölkə |
SSRİ → Rusiya → İsrail |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Aşkelon, İsrail |
Təhsili | |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (1976) |
Son reytinqi | 2027 (sonuncu reytinqi) |
Maksimal reytinqi | 2270 (iyul 2017)[1] |
FİDE nömrəsi | 4109902 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tatyana Zatulovskaya (rus. Татьяна Затуловская; d. 8 dekabr 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 2 iyul 2017, Aşkelon, İsrail) — ardıcıllıqla SSRİ-ni, Rusiyanı və İsraili təmsil etmiş keçmiş şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1976), SSRİ-nin əməkdar idman ustası (1967), mühəndis-geoloq.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tatyana Zatulovskaya 8 dekabr 1935-ci ildə Bakıda yəhudi ailəsində anadan olub.[2] Şahmat karyerasına kifayət qədər gec — 14 yaşı tamam olduqdan sonra başlayıb.[3] Tatyanaya şahmat oyununu yaşıdı olan qonşusu öyrədib.
Onun ilk məşqçisi, sonralar Azərbaycan çempionu, fizika professoru və Korçnoyla görüşdə Kasparovun nümayəndə heyətinin rəhbəri olacaq Azər Zeynallı olub.[3] Zeynallı o zaman şagirdindən cəmi bir neçə yaş böyük idi.[3] İlk uğurlar əldə etməsindən sonra onunla Bakı pioner evinin baş mütəxəssisi, respublikanın əməkdar məşqçisi Suren Abramyan məşğul olmağa başladı. Tatyana cəmi dörd il ərzində təcrübəsiz şahmatçıdan böyüklər arasında SSRİ çempionatının finalçısı adına qədər yüksəlməyə nail olub. O, özünün ilk ittifaq turnirində gözlənilməz halda dünya çempionu Yelizaveta Bıkova ilə 4-cü yeri bölüşüb.[3] 1960-cı ildən məşqçisi Vladimir Makoqonov olub.[3] 1962-ci ildə Riqada keçirilmiş SSRİ çempionatında birinci olduqdan sonra Bakı Şəhər Sovetinin deputatı seçilib.[3] Tatyana 1972-ci ilədək şahmat üzrə SSRİ komanda çempionatlarında Azərbaycanı təmsil edib. 1973-cü ildə[4] Moskvaya köçdükdən sonra isə bu şəhərin komandasını təmsil etmişdir.[5]
Tatyana Zatulovskaya SSRİ yığma komandasının heyətində iki dəfə olimpiya çempionu adını qazanıb (1963 və 1966). 1967-ci ildə SSRİ əməkdar idman ustası adına layiq görülüb.[3]
1993 və 1997-ci illərdə veteranlar arasında şahmat üzrə dünya çempionu adını qazanıb.[6]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Tatyana Zatulovkaya mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geologiya fakültəsini bitirib.[3]
1973-cü ildə futbol şərhçisi Valeri Vinokurova ərə getdikdən sonra (ikinci nikahı) Moskvaya köçüb.[3][4] 2001-ci ildən ömrünün sonuna kimi isə İsrailin Aşkelon şəhərində yaşayıb.[3][4]
Tatyana Zatulovskaya futbolçular — Kamil və Nadir Eynullayevlərin dayısı qızıdır.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Tatiana Zatulovskaya Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine FIDE rating history, 1972-2001 at Olimpbase.org
- ↑ "İkiqat olimpiya çempionu Bakıda - FOTO". Lent.az.[ölü keçid]
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "ТАТЬЯНА ЗАТУЛОВСКАЯ". Ruchess.ru. 2017-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.
- ↑ 1 2 3 "Татьяна ЗАТУЛОВСКАЯ: "Я ИГРАЛА С ШАХМАТИСТКАМИ ЧЕТЫРЕХ ПОКОЛЕНИЙ"". Chesspro.ru. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
- ↑ "OlimpBase :: Soviet Team Chess Championship :: Tatiana Zatulovskaya". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-06.
- ↑ "World Senior Chess Champions". 2008-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
- ↑ "«Бакинский „Нефтяник" все любили за необыкновенно красивую игру»". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-17.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Tatiana Zatulovskaya . Chess-DB.com Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine (ing.)
- Tatiana Zatulovskaya . Chessgames.com (ing.)
- Tatiana Zatulovskaya . 365Chess.com (ing.)
- 8 dekabrda doğulanlar
- 1935-ci ildə doğulanlar
- 81 yaşında vəfat edənlər
- 2 iyulda vəfat edənlər
- 2017-ci ildə vəfat edənlər
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- SSRİ-nin əməkdar idman ustaları
- Əlifba sırasına görə şahmatçılar
- Bakıda doğulanlar
- SSRİ şahmatçıları
- Rusiya şahmatçıları
- İsrail şahmatçıları
- Aşkelonda vəfat edənlər
- Azərbaycan yəhudiləri