Tosa (it)
Tosa | |||||
---|---|---|---|---|---|
Mənşəyi | |||||
Ölkə | Yaponiya | ||||
Xarakteristikaları | |||||
Boyu |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer[1][2], Alman poynteri, Alman doqu və Senbernarlar ilə[2] seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər.
İt döyüşü
[redaktə | mənbəni redaktə et]Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Tosa-ina Avropada
[redaktə | mənbəni redaktə et]Tosa-ina cinsinin satışı Yaponiyadan satışı demək olar ki, həyata keçirilmir. Avropaya daşınmış itlər Çin və Koreya vastəsi ilə həyata keçirilmişdir[1]. Mütəxəsislərin fikirinə görə Avropada olan cinslərlə Yaponiyada olanlar arasında müəyyən fərqlər vardır[3].
İlk Tosa-ina Avropaya 1976-cı ildə gətirilmişdir[3].
Xariçi görünüşü
[redaktə | mənbəni redaktə et]Tosa-ina yığcam bədən quruluşuna, sallanan qulaqlara, qısa tükə və enli kəlləyə malik olur. Xüsusiyyətləri aşağıdakı kimidir[4]:
- Başı: enli başa və düz buruna malikdir. Burun ucları qara və enlidir.
- Qulağı: Elədə böyük olmur.
- Boynu: Əzələlidir.
- Bədəni: Beli düzdür və sinəsi enlidir.
- Quyruğu: Nisbətən kökdür.
- Ön və arxa ətraflar: Adaqları düz, möhkəmdir. Arxa ayaqları əzələlidir.
- Pəncə: Möhkəm, dırnaqları qısa və qaradır.
- Xəzi: Qısa tüklü.
- Окрас:
- Boyu[2]:
- Erkəklər: 60 sm
- Dişilər: 55 sm
Xarakteri və yetişdirilməsi
[redaktə | mənbəni redaktə et]Tosa-ina sakit, sakit, yalaqlıq etməyən itdir. Bununla belə ciddi döyüş itidir və ciddi əhəllişdirilməyə ehtiyacı vardır. Digər cins itlərə qarşı olduqca sərtdir.[3].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Tosa-İnu cinsi haqqında". 2008-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
- ↑ 1 2 3 4 Стандарт FCI № 260 от 9.12.1997 Arxivləşdirilib 2009-02-19 at the Wayback Machine (ing.)
- ↑ 1 2 3 "Tosa-ina". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
- ↑ 1 2 [ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid][ölü keçid] Стандарты FCI и Японского клуба собаководства (rus.), стандарт FCI 1995 года (ing.)[ölü keçid]
- ↑ "Standart FCI 1995 ilə görə". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Tosa-ina Arxivləşdirilib 2016-03-01 at the Wayback Machine