Tomas Çatterton
Tomas Çatterton | |
---|---|
ing. Thomas Chatterton | |
| |
Təxəllüsləri | Tomas Rovli, Desimus |
Doğum tarixi | |
Doğum yeri | Bristol |
Vəfat tarixi | (17 yaşında) |
Vəfat yeri | London |
Vəfat səbəbi | zəhərlənmə |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | ingilis dili |
Vikianbarda əlaqəli mediafayllar |
Çatterton Tomas (20.11.1752, Bristol – 24.8.1770, London) — ingilis şairi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]15-ci əsrə aid uydurma rahib Tomas Rauli adından orta əsrlər ingilis dilində balladalar (“Mərhəmət haqqında gözəl ballada”), poemalar (“Turnir”, “Kabuslar parlamenti”, “Hastinqs yaxınlı ğındaadöyüş”), ekloqalar, satiralar, apokrifik bioqrafiyalar və traktatlar (“İngiltərədə boyakarlığın yüksəlişi”) yazmışdır.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Dram əsərlərin (“İyela” faciəvi interlüdiyası, “Qisas”burleski 1770-ci ildə tamaşaya qoyulmuşdur),öz dövrünün poeziyası ruhun da şeirlər və stlizasiyaların, siyasi məqalələrin müəllifidir. 1770-ci ilin aprelində Londona köçmüş, ehtiyac və X. Uolpolun onun mistifikasiyalarını ifşa etməsi gənc şairi intihara təhrik etmişdir. Bütün yazdıqları ölümündən sonra nəşr edilmişdir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Alfred Tennison
- Con Milton
- Dante Qabriel Rossetti
- Elinor Farcon
- Kit Duqlas
- Persi Biş Şelli
- Redyard Kiplinq
- Sara Kolric
- Tomas Eliot
- Vilyam Morris
- Vilyam Şekspir
- Vilyam Bleyk
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Çatterton// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 460-461. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.