Tom Cons
Tom Cons | |
---|---|
Tom Jones | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Tomas Con Vudvord (Thomas John Woodward) |
Ləqəbi | Tom Jones |
Doğum tarixi | |
Doğum yeri | Treforest, Pontiprid, Uels |
Milliyyəti |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni, aktyor |
Fəaliyyət illəri | 1963 — indiyədək |
Janrlar | Pop, blyuz |
Səs tembri | bariton |
Albom şirkətləri | Tower Records, Columbia, Decca, Parrot, Epic, Jive |
Mükafatları | |
tomjones.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var.
O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür. Belə ki, romanın 1963-cü ildəki ekranizasiyası o dövrdə çox populyar idi. Gənc müğənni özünün gur səsi, əla fiziki forması və səhnədəki həddindən artıq sərbəst hərəkətləri ilə insanların diqqətini cəlb edə bildi.
1965-ci ildə Cons "It’s Not Unusual" mahnısı ilə Britaniya çartlarında birinci oldu. Növbəti il ifa etdiyi Ceyms Bond haqqındakı "Thunderball" filminin eyniadlı mahnısına görə böyük gələcək vəd edən debütant kimi "Qremmi" mükafatına layiq görüldü.
1966-cı ildə onun oxuduğu "Green Green Grass of Home" klassik kompozisiyası Böyük Britaniyanın ən çox satılan sinqlına çevrildi. 1968-ci ildə çıxan "Delilah" mahnısı Sovet İttifaqında, 1971-ci ildə çıxan rəqs üslubundakı "She’s a Lady" mahnısı isə ABŞ-də böyük populyarlıq qazandı.
1970–80-ci illərdə Consun nəzərə çarpacaq dərəcədə məşhur hitləri olmadı. Bu dövrdə o, əsasən yaşlı dinləyicilər üçün ifa edirdi. 1988-ci ildən başlayaraq o öz repertuarını müasir mahnılarla genişləndirməyə başladı. 1990-cı illərin sonlarında isə gənc ifaçılarla — The Cardigans ("Burning Down The House", 1999), The Pretenders ("Lust for Life", 1999), Stereophonics ("Mama Told Me Not to Come", 2000) ilə birlikdə albomlar yazdırdı.
1999-cu ildə Tom Cons kaver-versiyalardan ibarət olan "Reload" albomunu yazdırdı və 2000-ci ildə bu albom onun karyerasındakı ən çox satılan albom oldu. Bu albomdakı "Sex Bomb" sinqlı isə həmin ilin ən populyar rəqs hitinə çevrildi və Britaniya satış çartlarında üçüncü yeri tutdu.
21 oktyabr 2008-ci ildə ABŞ-də, 17 noyabrda isə Avropada "24 Hours" adlı yeni diski satışa buraxıldı. U2 qrupunun üzvləri Bono və Edc bu albomdakı "Sugar Daddy" mahnısının yazılmasında iştirak etdilər.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Year | Title | DE | AT | CH | UK | US |
---|---|---|---|---|---|---|
1965 | Along Came Jones (US Title: It's Not Unusual*) | − | − | − | 11 | 54 |
1965 | What's New, Pussycat? | − | − | − | − | 114 |
1966 | From the Heart | − | − | − | 23 | − |
1966 | A-tom-ic Jones | − | − | − | − | − |
1967 | Green, Green Grass of Home | 35 | − | − | 3 | 65 |
1967 | 13 Smash Hits | 6 | − | − | 5 | − |
1968 | Delilah | 2 | − | − | 1 | − |
1968 | Help Yourself | 7 | − | − | 4 | 5 |
1969 | This Is Tom Jones | 9 | − | − | 2 | 4 |
1969 | The Tom Jones Fever Zone | − | − | − | − | 14 |
1970 | Tom | − | − | − | 4 | 6 |
1970 | I Who Have Nothing | − | − | − | 10 | 23 |
1971 | She's a Lady | 34 | − | − | 9 | 17 |
1972 | Close Up | − | − | − | 17 | 64 |
1973 | The Body and Soul of Tom Jones | − | − | − | 31 | 93 |
1977 | Say You'll Stay Until Tomorrow | − | − | − | − | 76 |
1978 | I'm Coming Home | − | − | − | 12 | − |
1981 | Darlin' | − | − | − | − | 179 |
1989 | At This Moment | − | − | − | 34 | − |
1989 | After Dark | − | − | − | 46 | − |
1991 | Carrying a Torch | − | − | − | 44 | − |
1994 | The Lead and How to Swing It | 81 | 35 | − | 55 | − |
1999 | Reload | 3 | 3 | 5 | 1 | − |
2002 | Mr. Jones | 78 | 58 | 62 | 36 | − |
2008 | 24 Hours | 70 | 61 | 94 | 32 | 105 |
2010 | Praise & Blame | 38 | 9 | 51 | 2 | 79 |
2012 | Spirit in the Room | |||||
2015 | Long Lost Suitcase | |||||
2021 | Surrounded by Time |