38°04′25″ şm. e. 46°17′44″ ş. u.HGYO

Təbriz Saat Qülləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Təbriz Saat Qülləsi
38°04′25″ şm. e. 46°17′44″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Təbriz Saat Qülləsi xəritədə
Təbriz Saat Qülləsi
Təbriz Saat Qülləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qüllənin qarşıdan görünüşü

Təbriz Bələdiyyəsinin binası olaraq da bilinən Saat Qülləsi, İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhər bələdiyyəsinin əsas mərkəzi binasıdır.[2] Saat Qülləsi və ya sadəcə, Saat böyük zalı olan binadan, saatı olan qüllədən və cənub-qərb tərəfində yerləşən kiçik bağdan ibarətdir. Bağın ortasında fəvvarəsi olan dairəvi hovuz yerləşir.

Muzey hissəsi

Saat Qülləsi adlanan bu bina 1934-cü ildə tikilmişdir. Tikildiyi dövrdən şəhər bələdiyyəsinin mərkəzi kimi fəaliyyət göstərən bina, II Dünya Müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin mərkəzi binasına çevrilmişdir.

Azərbaycan Milli Hökuməti İran qoşunları tərəfindən devrildikdən sonra bina yenidən şəhər bələdiyyəsinin mərkəzi ofisi kimi fəaliyyət göstərməyə başladı. Hal-hazırda da bina bələdiyyənin mərkəzi binasıdır.

Rus işğalı zamanı ziyan görmüş saat zəngi. Muzeydə saxlanılır.

Dəyişikliklər

[redaktə | mənbəni redaktə et]
Saat Qülləsinin baxçası

1990-cı illərdə liftin qurulması zamanı saatın verandalarından biri zədələndi. Saatın qülləsinin üst hissəsindəki qübbə 2008-ci ildə yenidən rəngləndirildi. Gümüş rəngli şüşələrin əvəzinə xaki rəngli lif şüşələrdənistifadə edildi. Binanın bir hissəsi 2007-ci ildən Təbriz şəhər Bələdiyyə Muzeyi kimi istifadəyə verildi.

Bələdiyyə Muzeyi

[redaktə | mənbəni redaktə et]

Son illərdə binanın bir hissəsi muzey kimi təşkil edildi. Muzeydə Təbriz şəhərinin tarixi xəritələri və Təbrizdəki tikililərin tarixi şəkilləri, rekonstruksiya materialları sərgilənir. Muzeydə həmçinin şəhərdə ilk dəfə istifadə edilən bəzi şeylər də sərgilənir. Məsələn, ilk film çəkmə ləvazimatları, ilk taksi xidməti göstərən maşın və yanğın söndürmə alətləri. Təbriz toxuçuluq sənayesinin ən yaxşı nümunələrindən bəziləri də bu muzeydə sərgilənir.

Bina şəhərin tam mərkəzində yerləşdiyindən, tarixi boyü bir sıra mərasimlərə ev sahibliyi etmişdir. 1945–1946-cı illərdə Azərbaycan Milli Hökumətinin mərkəzi binası olmuşdur.

  • Hər İran yeni ilində (20 mart) binanın qarşısında böyük bir Həft Sin yaradılır.
  • 2014-cü ildən Təbriz şəhəri yer saatını Saat Qülləsinin işiqlarını söndürərək qeyd edir.[3]
  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. "پایگاه اطلاع رسانی و فرهنگی شهریار". shahryarnews.net. 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  3. "Arxivlənmiş surət". 2014-03-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.