38°29′50″ şm. e. 48°47′35″ ş. u.HGYO

Sərək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərək
38°29′50″ şm. e. 48°47′35″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Astara rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.603 nəf.
Xəritəni göstər/gizlə
Sərək xəritədə
Sərək
Sərək

SərəkAzərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd.[1]

Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır.[2]

Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır.

Miller çorojlar barədə isə bunları qeyd edir: "Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir" (Miller, 1926:9).

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Səfail Həziyev (1979–1998).
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Akademik Budaq Budaqovun Şəxsi Veb Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı