Rumıniya tatarları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tatari Romania 2002.png

Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları[1], rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %)[2]. İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar.

Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar[3]. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər. Ancaq bir necə türk əsilli tayfalar hələ V əsrdən burada yaşayırdı. Rumıniyada yaşayan tatarların böyük əksəriyyəti krım tatarlarının törəmələridir. Onların böyük qismi Krımın ilhaqından sonra formalaşmışdır. Digərləri isə bucas tatarlarıdır[4]. Demək olar ki, onların böyük qismi Rumıniyanın şərqində, Doburcada yaşayır. Hələ XV əsrdən burada tatarlar taşayırdı. 1877-1878-ci illərə qədər Doburcada 150 mindən az olmayan tatar yaşayırdı. Bölgənin yaxınlığında isə türklərin sayı 50 min olmuşdur. Onların böyük qismi mühacirlər idi. Türklər və krım tatarlar, çərkəzlər tədricən qayıyıb qarışaraq Rumıniyada işlan diasporasını təşkil etmişlər. Bununla belə rumın mədəniyyəti, mətbəxi, həyat tərzi və dili türklər və tatarlara böyük təsir göstərmişdir.

Əhalisinin siyahıya alınması

[redaktə | mənbəni redaktə et]

Doburcada ilk siyahıya alınma 1880-ci ildə aparılmışdır. Bu zaman burada 29476 tatar (21 %) və 18624 türk (13 %) yaşayırdı. Ölkədə yaşayan müsəlmanların 34 % burada yaşayırdı. Rumınların Doburcada sayı isə cəmi 43671 nəfər (31 %) təşkil edirdi. Buraya həm də XVIII — XIX əsrlərfə Osmanlı sultanının təkıifi ilə 30 min noqay köçürülmüşdür. 2002-ci ilə olan məlumata görə Doburca əhalisinin cəmi 2,5% tatardır.

  1. "Некоторые итоги переписи 2004 года в Молдавии". www.demoscope.ru. 2012-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  2. "Populația stabilă după etnie – județe, municipii, orașe, comune". 2016-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  3. Stănciugel et al., p.44-46
  4. Stănciugel et al., p.147
  • Robert Stănciugel și Liliana Monica Bălașa, Dobrogea în Secolele VII-XIX. Evoluție istorică, București, 2005