Rutul dili
Rutul dili | |
---|---|
Orijinal adı | мыхаӀбишды чӀел |
Ölkələr | |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
|
|
Yazı | kiril əlifbası |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | rut |
Dilin strukturlarının dünya atlası | rut |
Atlas of the World’s Languages in Danger | 1036 |
Ethnologue | rut |
ELCat | 3046 |
IETF | rut |
Glottolog | rutu1240 |
Vikianbarda əlaqəli mediafayllar |
Rutul dili (rutulca: мыхIабишды чIел – mıx'abişdı ç'el) — Azərbaycanda və Dağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən Şəki və Qax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən rutul kəndlərində işlənilir. Danışanların sayı 40 min nəfərə yaxındır.
Rutul dili Dağıstanın rəsmi dillərindən biri sayılır. Bu dildə yazı 1990-cı ildə yaransa da, ədəbi dil hələ də inkişaf mərhələsindədir. Dağıstanda orta məktəblərdə öyrənilir, həm pedaqoji texnikumlarda, həm də ali məktəblərdə ixtisas kimi tədris olunur. Rutul dilində "Rutul xəbərləri" qəzeti nəşr olunur, gündəlik 30 dəqiqəlik radio verilişi və aylıq televiziya verilişi yayımlanır.
Rutul dilinin 5 ləhcəsi vardır: ədəbi dilinin bünövrəsi olan Muxad, həmçinin Şinaz, Müxrək, İxrək və Borç-Xnov. Son iki ləhcə saxur dilinə yaxın olan cənub-qərb qrupuna daxildir, qalanları isə buduq və qrız dilinə oxşar şərq qrupuna. Azərbaycanda danışılan ləhcələr üzrə ciddi tədqiqat aparılmayıb.
Yazılı
[redaktə | mənbəni redaktə et]Müasir Rutul əlifbası:
А а | АӀ аӀ | Б б | В в | Г г | Гъ гъ | Гь гь | ГӀ гӀ | Д д | Е е | Ё ё |
Дж дж | Ж ж | Дз дз | З з | И и | Й й | К к | Къ къ | Кь кь | КӀ кӀ | Л л |
М м | Н н | О о | П п | ПӀ пӀ | Р р | С с | Т т | ТӀ тӀ | У у | Уь уь |
УӀ уӀ | Ф ф | Х х | Хъ хъ | Хь хь | Ц ц | ЦӀ цӀ | Ч ч | ЧӀ чӀ | Ш ш | Щ щ |
Ъ ъ | Ы ы | ЫӀ ыӀ | Ь ь | Э э | Ю ю | Я я |
2013-cü ildə Azərbaycan rutulları üçün latın qrafikalı əlifba işlənib hazırlanmışdır. Kiril və latın əlifbalarının uyğunluğu cədvəldə göstərilir.[4]
BFƏ | Kiril | Latın | BFƏ | Kiril | Latın | |
---|---|---|---|---|---|---|
ɑ | A a | A a | o | О о | O o | |
ɑˤ | АӀ аӀ | AӀ aӀ | p | П п | P p | |
æ | Аь аь | Ə ə | p' | ПӀ пӀ | P' p' | |
b | Б б | B b | r | Р р | R r | |
ʋ | В в | V v | s | С с | S s | |
g | Г г | G g | t | Т т | T t | |
h | Гь гь | H h | t' | ТӀ тӀ | T' t' | |
ʁ | Гъ гъ | Ğ ğ | u | У у | U u | |
ɣ | ГӀ гӀ | Gh gh | y | Уь уь | Ü ü | |
d | Д д | D d | uˤ | УӀ уӀ | UӀ uӀ | |
d͡ʒ | Дж дж | C c | f | Ф ф | F f | |
e | Е е | E e | χ | Х х | X x | |
ʒ | Ж ж | J j | x | Хь хь | Xh xh | |
z | З з | Z z | q | Хъ хъ | Qh qh | |
i | И и | İ i | t͡s | Ц ц | Ts ts | |
j | Й й | Y y | t͡s' | ЦӀ цӀ | Ts' ts' | |
k | К к | K k | t͡ʃ | Ч ч | Ç ç | |
q' | Кь кь | Q' q' | t͡ʃ' | ЧӀ чӀ | Ç' ç' | |
ɢ | Къ къ | Q q | ʃ | Ш ш | Ş ş | |
k' | КӀ кӀ | K' k' | ʔ | Ъ ъ | ' | |
l | Л л | L l | ɨ | Ы ы | I ı | |
m | М м | M m | ɨˤ | ЫӀ ыӀ | IӀ ıӀ | |
n | Н н | N n |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ScriptSource - Azerbaijan.
- ↑ 1 2 ScriptSource - Russian Federation.
- ↑ Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675
- ↑ J. Clarkson, E. Iurkova. Important Factors in the Development of an Orthography: Shin-Shorsu Rutul—a Case Study. Dallas: SIL International. 2015. 18.