Reqressiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Reqressiya (rus. регрессия , ing. regression) — dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi. Qapalı su hövzələrində iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Dünya okeanı hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında) nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) Reqressiya iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə Reqressiyaya məruz qalmışdır[1].[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Dəniz reqressiyası – transqressiyanın əksidir, bu zaman dəniz səviyyəsi quruya nisbətən düşür və sahil xətti keçmiş dəniz dibinə doğru yerini dəyişir. Çökmə süxurların fasiyasının (litoloji və üzvü tərkibinin) dəyişməsi dəniz transqressiyası və reqressiyasının sübutlarıdır.

Pleystosen dövründə Azərbaycan ərazisində Xəzər dənizi ilə əlaqədar üç transqressiya və üç reqressiya hadisəsinin baş verdiyi bildirilir (A. V. Məmmədov, B. D. Ələsgərov, 2002). Xəzər dənizində baş vermiş bütün transqressiya və reqressiyalar Rus düzənliyinin buzlaşmaları ilə əlaqədardır.

Reqressiv əlamətlər

[redaktə | mənbəni redaktə et]

Proqressiv və reqressiv inkişafın əlamətləri.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  2. Reqressiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.