Real gəlir
Naviqasiyaya keç
Axtarışa keç
Real gəlir — fərdlərin və ya dövlətlərin inflyasiya əsasında düzəlişlər edildikdən sonra əldə alınan gəlirləri. Bu, nominal gəlirin qiymət səviyyəsinə bölünməsi ilə hesablanır. Real gəlir və real ÜDM kimi real dəyişənlər fiziki vahidlərlə, nominal gəlir və nominal ÜDM kimi nominal dəyişənlər isə pul vahidləri ilə ölçülür. Buna görə real gəlir rifahın daha faydalı göstəricisidir, çünki o, gəlirlə alına biləcək əmtəə və xidmətlərin miqdarını ölçür.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Kagan, Julia. "Real Income". Investopedia. 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.