Rey Hiquçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rey Hiquçi
yap. 樋口黎
Şəxsi məlumatlar
Vətəndaşlığı Yaponiya Yaponiya
Doğum tarixi (28 yaş)
Boyu 163 sm
Çəkisi 63 kq[1]
İdman növü Güləş
Medallar
2 noyabr 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rey Hiquçi (d. 28 yanvar 1996) — Yaponiyanı təmsil edən sərbəst güləşçi. Rey Hiquçi 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi və yarışların gümüş medalını qazandı.

Rey Hiquçi 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Hiquçi birinci görüşdə Koreya Xalq Demokratik Respublikası güləşçisi Yang Kyong-İli 12:2, ikinci görüşdə Belarus güləşçisi Əsədulla Laçinaunu 10:0, üçüncü görüşdə Kuba nümayəndəsi Yovlis Bonneni 8:4, dördüncü görüşdə isə İranlı Həsən Rəhimini 10:5 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Rey Hiquçi Gürcüstan güləşçisi Vladimir Xinçeqaşviliya gərgin görüşün yekununda 3:4 hesabı ilə məğlub oldu və XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

  1. https://www.olympedia.org/athletes/134832.